BİZNES

Çökən biznesləri necə doğrultmaq olar? – REALITY SHOW
09 YANVAR
641

Çökən biznesləri necə doğrultmaq olar? – REALITY SHOW

2017-01-09 19:32:00

Məşhur CNBC kanalında maliyyə çətinlikləri çəkən və satış uğursuzluğu ilə qarşılaşan firmalara maliyyə yardımı göstərən bir “reality show” var – THE PROFIT.

Bu verlişin aparıcısı Markus Lemonis ABŞ-da ən məşhur “biznes dirçəldici” kimi tanınır. Son 10 il ərzində batmaqda olan 100-dən çox firmanı müvəffəqiyyətlə həyata qaytaran M. Lemonis bir müddət sonra bu işi televiziyaya daşıyıb.  O, böyük çətinliklərlə üzləşən firmalara səhmdən pay qarşılığında maliyyə yardımı göstərməklə yanaşı bu biznesin yenidən dirçəldilməsində özü şəxsən iştirak edir.

3 sezon ərzində “THE PROFIT” iştirakçısı olan bizneslərə 35 mln. dollarlıq investisiya yatırılıb. Maraqlı tərəfi buradadır ki,  bu verliş CNBC kanalında yayınlansa da, M. Lemonis bütün investisiyaları  öz vəsaiti ilə hesabına edir.

Verlişin şüarı da buradan gəlir:

“Mənim Milyonlarım.  Mənim Qaydalarım.”

Həmçinin uğurlu biznesmenin yeni biznes ideyası sahiblərinə  məsləhəti də var:

Həyata keçirməyi və ya kiməsə təklif etməyi planlaşdırdığınız biznes ideyanızın uğurlu olub-olmadığını 4 sualı cavablandırmaqla müəyyənləşdirə bilərsiniz:

  • Satdığın məhsulu alardınmı?
  • Bu ideyanı reallaşdırmaq üçün kifayət qədər bacarığın və ya əlaqələrin varmı?
  • Ailən və dostların bu ideya ilə əlaqədar nə fikirləşirlər?
  • Bu ideyanı həyata keçirmək üçün kifayət qədər vəsaitin varmı?

Əlavə olaraq, biznes ideyanı tanıtdırmaq üçün potensial investorla 30 saniyəlik kontakta ehtiyacın var. Burada səsləndirməli olduğun əsas fikirlər bunlar olmalıdır:

  • Mən sizin bu ideyaya investisiya qoymağınızı istəyirəm;
  • Mən özüm də bu işə sərmayə yatıracam;
  • Mən bilirəm ki,  bir çox insan bundan istifadə edəcək;
  • Bu ideya ətrafında araşdırma aparmışam;
  • Bu məhsulun neçəyə başa gələcəyini bilirəm;
  • Bu məhsulu neçəyə satacağımı bilirəm.

Bir investor kimi deyirəm: 30 saniyə ərzində mənə nə edəcəyini, necə edəcəyini bildiyini və buna inandığını göstərməlisən.

bbn.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298