BİZNES

Daha bir xalça sexi işə düşəcək
02 YANVAR
1058

Daha bir xalça sexi işə düşəcək

2017-01-02 12:37:00

Xaçmazda “Azərxalça” ASC-nin istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Fins.az  xəbər verir ki, birmərtəbəli binada toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb və digər xidməti otaqlar yerləşəcək.

Hazırda müəssisənin özülünün tikintisi aparılır. Rayonun Qaradağ Buduq kəndində inşa olunan istehsal müəssisəsinin ümumi sahəsi 1051 kvadratmetrdir.

İş icraçısı Ümid Musazadə bildirib ki, tikinti işləri 2017-ci ildə yekunlaşdırılacaq. İstehsal müəssisəsinin inşası başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək.

“Azərxalça” ASC-nin Xaçmaz rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda da filial binalarının tikintisi davam etdirilir.

Xatırladaq ki, “Azərxalça” ASC-nin ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunda açılıb.

 

 

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8425
  • ₽ RUB
    0.0297