BİZNES

Şirkət səyahət etməyə işçi axtarır – MAAŞ $5800
29 DEKABR 2016
11319

Şirkət səyahət etməyə işçi axtarır – MAAŞ $5800

2016-12-29 12:54:00

Online aviabilet satışları üzrə ən populyar servis olan "OneTwoTrip" təcili istirahət direktoru axtarır. Fins.az xəbər verir ki,, bu barədə servis özü məlumat yayıb.

Bildirilib ki, şirkətə iddialı, istedadlı, ünsiyyətli istirahət direktoru lazımdır: "O "OneTwoTrip-in ən ağlasığmaz dəlisov tapşırıqları yerinə yetirməli və özü də yenilərini kəşf etməli, əsası da sərgüzəştlərini ictimayyətə çatdırmağdan utanmamalı və turla bağlı bütün suallara öz fikrini bildirməyə malik olmalıdır. Tapşırıqlar siyahısı sonsuzdur. Bizdən isə 2 500 dollar aylıq maaşla müqavilə, hər ay "OneTwoTrip"-in rahat ofislərində 30 günlük məzuniyyət və tur xərclərə ayda daha 4 000 dollar

Vakansiya üçün necə müraciət etmək olar?

Hər hansı bir sosial şəbəkədə foto və ya videoroliklə (15 saniyəlik) bir post etmək;

Postda mütləq şəkildə https://www.onetwotrip.com/ru/lookingfor/cvo/ linkini və düzgün heşteqləri #chiefvacationofficer и #onetwotrip qeyd etmək lazımdır.

Postu görər-görməz məhz sənin "OneTwoTrip"-in gələcək istirahət direktoru olduğunu biz anlamalıyıq. Postların sayı məhdud deyil.

Əsas məqamlar:

Səyahət: Səfərlərin əbədi yadda qalması üçün nə cür planlaşdırılmağını hamıya göstərmək;

İstirahət: Hər dəfə sonuncu dəfəki kimi və işə zərəri olmasın;

"OneTwoTrip"-in dəliqanlı tapşırıqlarını yerinə yetirmək və şəxsi tapşırıqlarının kreativi;

Sərgüzəştlər haqda maksimal kütləyə geniş izahat (səfərlər, tapşırıqların yerinə yetirilməsi və s.);

Travel-layfxaklar haqda danışmaq və hər səyahətini ağılnan etmək istəyənə məsləhətlər vermək;

Layihə ambassadoru “Kudablin? Tudablin!”: layihənin təbliği, iştirakçılar üçün vəzifələri inkişafında yardım, səfərlərdə iştirak və s.

Biz sizdən nə gözləyirik?

Yaş həddi 18+, müsbət viza tarixi ilə xarici pasport;

Yaxşı ünsiyyət bacarıqları;

Intermediate səviyyəsindən aşağı olmayan ingilis dili;

Uzun illər sürən səyahətlərə olan sevgi;

80 lvl sosial şəbəkələrlə idarə etmə;

Tanımadığınız yerlərdə yaşamaq bacarığı və macəralara hazırlıq;

Yumor hissi və komanda ruhu.

Üstünlük:

Bloq/məqalə yazmaq, çəkiliş aparmaq və montaj etmək  təcrübəsi.

Biz nə təklif edirik:

Səyahətsevərlər üçün ən arzuolunan iş;

Aylıq $2500 maaşla illik müqavilə;

Travel-xərclərə aylıq $4000 kompensasiya;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298