BİZNES

Şirkətə borclu olan şəxsi aeroportda saxladılar
28 DEKABR 2016
805

Şirkətə borclu olan şəxsi aeroportda saxladılar

2016-12-28 12:56:00
Şirkətə borcu olan vətəndaş aeroportdan Dubaya buraxılmadı. Fins.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xaricə çıxışına qadağa qoyulan şəxs aeroportdan geri qaytarılıb. 
 
Bu barədə hüquqşünas Pərviz Məmmədov sosial şəbəkədə məlumat verib. Şirkətlərdən  birinə 5 000 dollar borcu olan vətəndaş məhkəmə qərarlarına məhəl qoymayaraq borcu ödəməkdən yayınıb. Xaricə çıxışına qadağa qoyulmasını isə  hava limanında öyrənib. 
 
Dubayda Yeni il qarşılamağa gedən həmin şəxs geri qayıdaraq borcunu ödəyib. Onun tanınmış sima olmasını əsas gətirərək adını açıqlamayıblar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+33°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288