BİZNES

Vergi mübahisəsində şirkət uduzdu
02 DEKABR
275

Vergi mübahisəsində şirkət uduzdu

2016-12-02 10:49:00

 Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan “Coca-Cola” Bottlers Limited” MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Coca-Cola”nın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Azərbaycan “Coca-cola” Bottlers Limited” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan “Coca-Cola” Bottlers Limited” MMC apellyasiya şikayəti verib.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274