BİZNES

Ölkədən çıxarılan ən böyük valyuta hansı sektora aiddir?
01 DEKABR
642

Ölkədən çıxarılan ən böyük valyuta hansı sektora aiddir?

2016-12-01 14:49:00

“Hazırda Azərbaycandan xaricə gedən ən böyük valyuta hissəsinin sahələrindən biri səhiyyə sektorudur”.

Fins.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov bildirib.

Deputat deyib ki, ümumiyyətlə bütün ölkələrdə təhsillə səhiyyə arasında iki qat qiymət fərqi var:

“Amma bizdə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya mövcuddur. İcbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pula görə xarici yatırımların miqdarı hər il artır. Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə etməliyik ki, Azərbaycandan olan xəstələr xaricə çox getməsin və bu vəsaitlər Azərbaycanda qalsın”.

R.Mahmudov səhiyyə sahəsində, xüsusilə də özəl tibb müəssisələrində əlavə dəyər vergisinin (ƏDV) azaldılmasını təklif edib:

“ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-nin 18-dən 8-ə endirilməsi əslində, xəstələrdən gələn gəlirləri və büdcə daxilomalarını artıracaq. Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.

Mənbə: Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274