BİZNES

Yerli məhsul və istehsalçılar haqqında portal yaradılacaq
29 NOYABR
269

Yerli məhsul və istehsalçılar haqqında portal yaradılacaq

2016-11-29 18:59:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb.  

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub. 

Sənədə əsasən, Mərkəz Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir.

Bundan əlavə,  prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklər edilməsi ilə bağlı fərmanına əsasən yerli icra hakimiyyətləri  müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirləri həyata keçirməli və yenilənərək aktual saxlanmasına nəzarət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272