BİZNES

Azərbaycanda 118 işsiz özünə biznes açır – SİYAHI
29 NOYABR
1201

Azərbaycanda 118 işsiz özünə biznes açır – SİYAHI

2016-11-29 15:21:00

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluğun təmin edilməsi proqramı çərçivəsində öz  biznesini qurmaq üçün müraciət edən işsiz vətəndaşların biznes planlarının yeni siyahısını açıqlayıb.

Nazirlikdən fins.az-a verilən xəbərə görə, 8 regiondan 141 nəfər şəxs öz biznes planlarını təqdim edib. Onlardan 118 nəfərə müsbət cavab verilib.  Layihələr Saatlı, Göyçay, Kürdəmir, Lerik, Astara, Masallı, Yardımlı, Mingəçevirdən seçilib.

Beləliklə, ümumilikdə işsiz vətəndaşlardan daxil olan 362 biznes-plan təsdiq edilib və onlara maliyyə ayrılıb. 

Siyahıda öz bizneslərini qurmaq istəyən rayon sakinlərindən maraqlı təkliflər gəlib. Xüsusilə qadınların belə ilginc ideyaları maraq doğurur. Siyahıda yer alan  bizles planların ən  maraqlılarını seçib sizə təqdim edirik. 

Kökəltmə iri buynuzlu heyvandarlıq

Damazlıq xırda buynuzlu heyvandarlıq

Südlük iri buynuzlu heyvandarlıq

Kökəltmə xırda buynuzlu heyvandarlıq

Ətlik, südlük heyvandarlıq

Avtomobil təmiri

Çay evi

Avtoyuma

Qoyunçuluq

İstixana

Mərasim Xidməti

Dülgərlik sexi

İnkubator

Bərbərxana

Bəzək quşları

Xınayaxdı mərasimi

Tamet plitə istehsalı

Şirniyyat sexi

Dərzi sexi

Südçülük

Yuxa və təndir çörək istehsalı

Gözəllik salonu

Keçiçilik

At yəhərlərinin tiklişi və təmiri

Arıçılıq

Tor toxuma

Kompüter kursları xidməti 

Kompüter salonu

Ot və yem üyüdən

Kompüter və telefon aksesuarlarının  satışı

Makaron sexi

Tikinti materialları

Plastik qapı pəncərə istehsalı

Hind quşu

PlayStation

Dönərçi 

Nazirlik digər regionlardan yeni təkliflərin qəbul edilməsi və qiymətləndirilməsini davam etdirir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271