BİZNES

Un məmulatları və dəniz məhsulları sərgiləcək
28 NOYABR
412

Un məmulatları və dəniz məhsulları sərgiləcək

2016-11-28 19:52:00

İranın Tehran şəhərində X “Beynəlxalq Un və Un Məmulatları Sənayesi” sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sözügedən sərgi dekabrın 6-dan 9-dək davam edəcək.

Fins.az xəbər verir ki, qeyd olunan tarixlərdə eyni zamanda Tehranda “I Beynəlxalq Balıqçılıq və Dəniz Məhsulları Sənayesi” sərgisi də baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgilərdə iştiraka dəvət olunublar.

Sərgilər haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.  

Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272