BİZNES

Hamımızın yol verdiyi – 4 MALİYYƏ SƏHVİ
28 NOYABR
3317

Hamımızın yol verdiyi – 4 MALİYYƏ SƏHVİ

2016-11-28 11:34:00

Uğrulu milyonçu və “Shark Tank” teleşousunun qəhrəmanı Kevin O`Liri pullarla bağlı geniş yayılmış səhvlər haqqında danışıb və gələcəkdə onlardan uzaq durmağın yollarını açıqlayıb.

Bu gün həyat (yaşamaq) neçəyədir? Əgər sizin bu suala cavabınız yoxdursa, demək siz maliyyə fəlakətinin astanasındasınız. Kevin O`Liri hesab edir ki, fəlakət bu an baş verməsə də, yaxın gələcəkdə özünü büruza verəcək.

Öz pullarına gəlincə iti dilli və Amerika teleşousunun qəhrəmanı olan 61 yaşlı milyonçu, sərvətini uzun illər boyunca qəpik-qəpik yığıb. Hər şey O`Liri Kanadanın Monreal şəhərində balaca, utanğac bir oğlan kimi böyüdüyü zaman başlayıb. Cavan O`Liri qazandığı və ya ona bağışlanılan hər dollardan 1 faizə qənaət edirdi. Bu gün multimilyonçu və fond maqnatı olmağına baxmayaraq O`Liri yenə də eyni həyat tərzini davam etdirir.

“Shark Tank” verlişinin buraxılışlarının birində milyonçudan pullarla bağlı ən geniş yayılmış səhvlər və belə səhvlərdən uzaq durmağın yolları haqqında soruşdular.

Fins.az xarici mətbuata istinadən O`Lirinin cavablarını oxucularının diqqətinə çatdırır.

Səhv 1: Heç vaxt geyinməyəcəyiniz mənasız şeylərə pul xərcləmək

Bir çox insan ona lazım olacaq qədərindən qat-qat çox lazım şeylər alır. Söhbət paltardan gedirsə bu məsələ həm kişilər, həm də qadınlar üçün keçərlidir. Adətən bu cür bazarlığın (şoppinq) özünün verdiyi hiss insanların xoşuna gəlir, ancaq siz şkafınızın içinə baxasınız görəcəksiniz ki, 100 haldan 80-də gündəlik həyatınızda 20% eyni geyimlərdən istifadə edirsiniz. Yerdəqalanlar sadəcə yer tuturlar.

Həll yolu: Yüksək keyfiyyətli geyimlər almaq və onları geyinmək

Əgər siz geyim və ya dəbdəbəli aksessuarlar almaq fikrindəsinizsə, o zaman doğurdan bahalı və keyfiyyətli mallar seçin. Yaxşı geyimləri əldə etmək üçün pulunuza qənaət etməyə dəyər. Bu addım uzunmüddətli prespektivdə özünü doğruldacaq. O`Liri deyir ki: “Mən hər gün eyni kostyum geyinirəm. Kostyumlarımın sayı 20 dənədir, ona görə də bu üslubla bağlı daha narahatlıq keçirmirəm. Mən səfər edəndə çamadanımda 4 dəst kostyum olur və onları cırılana qədər geyinirəm. Sonra onu ya tullayır ya da xeyriyyə məqsədlərinə verirəm”.

Səhv 2: Aylıq gəlirlərinizdən bixəbər olmaq

O`Lirinin sözlərinə görə onu əksər insanlarda və bir çox varlı tanışlarında təəccübləndirən cəhət odur ki, onlar özlərinin aylıq xərclərini bilmirlər. Evli və ya subay, tək valideyinlər ya da istənilən başqa birinin 30 günlük həyatın neçəyə olduğu haqqında heç bir anlayışı yoxdur. Bu isə artıq uçuruma yaxınlaşmaq deməkdir.

Həll yolu: Yaşayış xərclərinizi müəyyənləşdirərək, büdcənizi ona uyğun planlaşdırın

Hər şeyin qeydiyyatını aparın. Bütün xərclərinizi qeyd edin. Eyni zamanda bütün əlavə gəlirlərinizi də yazılı formada əks etdirin. 90 gün ərzində son qəpiyinə qədər bütün xərclərinizi qeyd edin. Məhz kağız və qələmdən istifadə edin. Bunun üçün sizin kompüterə ehtiyacınız olmayacaq. Daha sonra xərclərinizə uyğun büdcə planınızı qurun və ona riyaət etməyə çalışın.

Səhv 3: Qazandığınızdan çox xərcləmək

Gəlir və xərcləriniz arasında müəyyənliyə riayət etmədən çətin ki, maliyyə uğuru əldə edə biləcəksiniz. Tezliklə siz müəyyən edəcəksiniz ki, qazandığınızdan daha çox xərcləyirsiniz.

Həll yolu: Xərclərinizi azaldın, qənaət etməyə başlayın

O`Liri deyir ki: “Bu çox sadə işdir, əsas məsələ şəxsi intizamdadır. Az xərcləyin və daha çox pula qənaət etməyə çalışın. Həyat tərzinizi bu sadə düstura uyğunlaşdırın, çünki əks halda siz kredit kartlarınız üzrə borc yığa bilərsiniz sonda isə bu ağırlıq sizi müflis edə bilər”.

Səhv 4: Kredit kartları üzrə borclar yığmaq

“Kredit kartı – dəhşətli bir şeydir. Heç bir halda kredit kartına sahib olmağa çalışmayın. Əsas da onun üzrə hər ay faizləri ödəyə biləcəyinizə inanmırsınızsa, ümumiyyətlə kartdan uzaq durun. Ödəyə bildiyiniz halda belə mən sizə məsləhət görürəm ki. kartlardan uzaq olasınız”; - O`Liri deyir.

Həll yolu: Bu dəhşətli kartlardan birmənalı şəkildə imtina etmək

“Kredit kartlarınız üzrə mövcud bütün borclarınızı bağlayın və sonra onları tullayın (məhv edin). Siz peşman olmayacaqsınız. Bu dəqiqə borclardan uzaqlaşmaq üçün edə biləcəyiniz ən yaxşı şey məhz budur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272