BİZNES

Azərbaycanda siqaretlərin 13%-i qaçaqmaldır – TÜTÜN ŞİRKƏTİ
25 NOYABR
466

Azərbaycanda siqaretlərin 13%-i qaçaqmaldır – TÜTÜN ŞİRKƏTİ

2016-11-25 19:13:00

Tütün məhsullarının qaçaqmalçılığı böyük problemdir. Bu, həm dövlətlərə, həm istehlakçılara, həm də biznesə ziyan vurur. Ötən on il ərzində tütün məmulatlarının qaçaqmalçılığının miqyası bütün dünyada artaraq, digər qanunsuz fəaliyyət növlərinə rəvac vermişdir. Fins.az xəbər verir ki, bu barədə JTI şirkətinin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
“Təəssüflər olsun ki, Azərbaycan da bu problemdən əziyyət çəkir. Bu problemin miqyasını daha yaxşı başa düşmək məqsədilə 2015-ci ilin III rübündə ilk dəfə olaraq JTI-ın sifarişi ilə Boş qutu tədqiqatını keçirdi. O vaxt nəticələrə görə kontrabanda tütün məmulatlarının bazarda payı 6,2% idi. 2016-cı ilin I, II və III rüblərində bu tədqiqat təkrar edildi və nəticələr 12.6%, 15.1% və 11.8% təşkil etdi. IV rübün nəticələri hələ məlum deyil, amma biz ilk 9 ayın nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13% təşkil edir ki, bu da 1 milyard ədəd siqaretdən də çoxdur”-deyə, şirkət qeyd edib.
Boş qutu tədqiqatı Nielsen şirkəti tərəfindən keçirilir. Bu, mənzil-qərargahı ABŞ-da yerləşən qlobal informasiya və tədqiqat şirkətidir və problem haqqında düzgün məlumat təmin edir. Tədqiqatlar Azərbaycanda tütün məmulatlarının qaçaqmalçılığı problemini öyrənmək və onun qarşısını almaq üçün faydalı məlumat mənbəyidir.
Qeyd edildiyi kimi qaçaqmalçılıq mürəkkəb bir problemdir və tez-tez korrupsiya, mütəşəkkil cinayətkarlıq və hətta terrorçuluq və insan alveri kimi daha geniş cinayət hadisələri ilə sıx bağlıdır. Bu problemi ayrıca həll etmək mümkün deyil, ona görə də özəl və dövlət sektoru arasında əməkdaşlıq zəruridir. JTI müxtəlif ölkələrdə məlumat mübadiləsi, təlim və potensialın artırılması proqramları vasitəsilə dövlət və qanunvericilik orqanlarını tütün məhsullarının qaçaqmalçılığı və saxta tütün məmulatlarının aşkar edilməsi sahəsində dəstəkləyir.
JTI Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün də 2014-cü ildə tütün qaçaqmalçılığına qarşı mübarizə üzrə ayrıca təlim proqramı hazırladı və təlim keçmək üçün beynəlxalq ekspertləri dəvət etdi. Təlim Bakı, Quba, Lənkəran və Tovuz şəhərlərində keçirildi. Nəticədə, Rusiya, İran və Gürcüstan sərhədlərində çalışan gömrük əməkdaşları bu sahədə zəruri bilik və bacarıqlar qazandı. Bundan əlavə, 2015-ci ildə JTI Dövlət Gömrük Komitəsinin 5 əməkdaşının Almaniyanın Trir şəhərində saxta tütün məmulatlarının aşkar edilməsi mövzusunda təlimdə iştirak etməsini təmin etdi.
“JTI olaraq kontrabanda haqqında məlumatlılığı artırmaq və dövlət qurumlarının bu problemə qarşı effektiv mübarizə aparması üçün zəruri bilik və bacarıqlar təmin etmək baxımından xeyli iş görmüşük”, şirkət bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272