BİZNES

"Sahibkarlar istənilən halda cərimələnəcək" – EKSPERTDƏN PROQNOZ
23 NOYABR
278

"Sahibkarlar istənilən halda cərimələnəcək" – EKSPERTDƏN PROQNOZ

2016-11-23 13:45:00

Gələn ilin büdcəsinə 101 milyon cərimə və sanksiyalar ödənilməlidir. Bu yalnız sahibkarların ödəyəcəyi məbləğdir. Fins.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  Qubad İbadoğlu məlumat verib. 

Bildirib ki, 2017-ci ilin dövlət büdcəsində cərimə və sanksiyalar üzrə nəzərdə tutulan daxilolmaların 88,1 faizi və ya 89 milyon manatı büdcə qanunvericiliyinin pozulmasına görə daxilolmlardan formalaşacaq. "Ondan 39 milyon 899 min manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 27 milyon 423 min manat ını əlavə dəyər vergisi, 5 milyon 30 min manatını fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar , 4 milyon 986 min manat sadələşdirilmiş vergi, yerdə qalan hissəsini isə digər vergilər üzrə maliyyə sanksiyalarından daxilolmalar təşkil edəcək".

Q.İbadoğlu qeyd edib ki, iqtisadi təhlil işində cərimə və sanksiyalar proqnozlaşdırılmır. "Belə qiymətləndirmələr zamanı cərimə və sanksiyalar üzrə faktiki daxilolmalar göstəricisindən istifadə olunur. Çünki, bu mənbədən nə qədər vəsait daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hətta proqnozlaşdırma aparılarsa onun dəqiq icrasına necə nail olmaq olar? Axı, əvvəlcədən kim necə müəyyənləşdirə bilər ki, sahibkar vergi qanunveriicliyini mütləq pozacaq və ondan da bu qədər cərimə və sanksiyalar alınacaq".

Növbəti il əksər sahibkarların büdcə qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirə biləcəklərini istisna etməyən iqtisadçı qanunvericiliyi pozanlar barəsində vergi orqanları bilməyərəkdən və ya bilərəkdən məlumatsız oldu. 

"Belə olacağı təqdirdə vergi və digər dövlət orqanları büdcə qarşısında cərimə və sanskiyalar üzrə öhədlikləri necə yerinə yetirəcək? Burdan çıxan ilkin nəticə odur ki, istənilən halda cərimə və sanksiyalar olacaq və bunu da necə fəaliyyət göstərməsindən asılı olmayaraq sahibkarlar ödəmək məcburiyyətində qalacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275