BİZNES

Daha bir neçə xarici şirkət Azərbaycanı tərk edir
23 NOYABR
735

Daha bir neçə xarici şirkət Azərbaycanı tərk edir

2016-11-23 09:31:00

"Accenture Limited", "Chemonics İnternational İnc.", "CHC Global Operationsa Canada ULC" şirkətlərinin Azərbaycandakı filialları ləğv olunub.

Fins.az-ın "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, "Accenture Limited" şirkəti 18 oktyabr 2016-cı il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyəsini elan etdi. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28-30 ünvanına bildirə bilərlər.

"Chemonics İnternational İnc." kreditorları 90 gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına müraciət edə bilərlər.

"CHC Global Operationsa Canada ULC" şirkətinin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 45A ünvanına bildirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274