BİZNES

Türk investorları pul yatırmaq üçün Azərbaycana gələcək
22 NOYABR
319

Türk investorları pul yatırmaq üçün Azərbaycana gələcək

2016-11-22 16:52:00

Türkiyənin İnvestisiya və Ticarət Heyəti dekabrın 1-2-də Bakıda səfərdə olacaq. Türkiyə Səfirliyindən fins.az-a verilən xəbərə görə, heyətə informasiya sektorunda çalışan 12 tanınmış şirkətin təmsilçiləri daxildir. Azərbayc an və Türkiyə informasiya sektorları arasında “Post-Neft Era” üçün strateji ortaqlığına önəm verilir.

Türkiyənin İnformasiya - Proqram İxracat Komissiyasının Səlahəddin Esim bildirib ki, Heyətin səfərinin əsas məqsədi 2 ölkə arasında iş birliyini genişləndirmək, üçüncü ölkələrə yönəlik strateji birlikləri inkişaf etdirmək, eləcə də Azərbaycana investisiya qoymaqdır.

S.ESİM “Smart and Sustainable Cities” kimi iri layihələrin strateji iş birliyinin doğru başlanğıcı olduğunu vurğulayıb. Heyətlə Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Qırgızistan kimi ölkələrdəki layihələr də müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272