BİZNES

“Dubaydakına bənzər azad ticarət zonası yaratmağı planlaşdırırıq”
22 NOYABR
320

“Dubaydakına bənzər azad ticarət zonası yaratmağı planlaşdırırıq”

2016-11-22 10:21:00

Noyabrın 21-də media nümayəndələrinin Ələt qəsəbəsi ərazisində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ekskursiyası təşkil edilmişdi.

İlk öncə jurnalistlər üçün təqdimat olub, limanının fəaliyyəti, həyata keçirilən layihələr, planlar haqında məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, 2 ilə yaxındır layihə üzrə işlər görülür.

Bakı Limanının ətrafında azad ticarət zonası yaradılacaqdır. Bu layihə Azərbaycan həyata keçirilən fərqli bir layihədir və gələcəkdə iqtisadiyyatımızda mühüm paya malik olacaqdır:

“Dubayda “Cəbələli”  (Jebel Ali FTZ) azad ticarət zonası 1985-ci ildə yaradılmışdır. “Cəbələli” yarananda zonada “World Trade Centre” adlanan bir bina var idi. O vaxt heç kim deyə bilməzdi ki,  “Cəbələli” nə vaxtsa Birləşmiş Ərəb Əmirliyinin ümumi daxili məhsulunun 20%-ni verəcək. Ancaq 2013-cü ildə “Cəbələli” azad ticarət zonasının dövriyyəsi 100 milyard dollardan çox olmuşdur. Bu gün “Cəbələli” bir marka və regionun qovşağı olub. Biz də bu ərazidə “Cəbələli”yə bənzər bir azad ticarət zonası yaratmağı planlaşdırırıq. Dövlətinizin başçısı cənab İlham Əliyev bu layihəyə çox önəm verir və bu layihənin icrası ilə bağlı müvafiq sərəncamlar imzalamışdır”.

“BİZ CİDDİ TƏRƏFDAŞLAR İLƏ BU İŞƏ BAŞLAMIŞIQ”

Taleh Ziyadov qeyd edib ki, bu ilin Sentyabr ayının 7-də məhz “Cəbələli”  azad ticarət zonasını idarə edə “DP World” şirkəti ilə məsləhət xidmətinin satın alınması üzrə müqavilə imzalanmışdır:

“DP World” şirkəti azad ticarət zonalarını idarə edən bir şirkətdir. Ələtdə yaradılacaq port, logistika, nəqliyyat infrastrukturunun və azad ticarət zonasının düzgün yaradılması əsasdır. Dünyada bir çox azad ticarət zonaları yaranıb amma müvəffəq ola bilməyib. Ona görə, bu işin təməli düzgün qoyulmalıdır. Biz ciddi tərəfdaşlar ilə bu işə başlamışıq. İnanıram ki, məsləhətçinin tövsiyələri ilə ayrıca hüquqi rejim işlənib hazırlanacaq və zona yaradılacaqdır ”.

“ƏLAVƏ DƏYƏR YARADILACAQ”

Bakı Limanının Baş direktoru Taleh Ziyadov əlavə edib ki, Ələt Azad Ticarət Zonası xammalın emal edilməsi və bendləşdirilməsilə əlavə dəyər yaradaraq iqtisadiyyatımıza töhvələr verəcək:

“Azərbaycan neft ölkəsidir. Neftdən alınan bütün neft məhsullarının bu zonada istehsal edilməsi nəzərdə tutula bilər. Həmçinin digər məhsulların da emalını və paketlənməsini azad ticarət zonasında təşkil etmək olar. Məsələn, hazırda Azərbaycan narı və pomidoru Rusiya  Rusiya bazarına olduğu kimi göndərir. Bu məhsulları paketləyərək daha mədəni formaya salmaqla, narın 1 kiloqramını 60 qəpiyə deyil, 5 dollara sataraq əlavə dəyər yarada bilərik. Bunun üçün məhsullarımızı fərqləndirərək brendlər yaratmalıyıq. Bu zona yerli iqtitisadiyyata bu şəkildə töhvə verəcəkdir”.

Taleh Ziyadov qeyd edib ki, qonşu ölkələrdə də Bakıdakı azad ticarət zonasına oxşar zonalar yaradılmalıdır:

“Biz gözləyirik ki, çox yaxın gələcəkdə bu layihə region ölkələri tərəfindən də “kopyalanacaqdır”. Bu da vacibdir. Mərkəzlər bir-birləri ilə rəqabət edəcəklər, amma hər birinin öz xüsusi ixtisaslaşması olacaqdır. Bu azad zonalar bir-birlərini tamamlayacaqdır. Bakı Aktausuz, Potisiz çox da inkişaf edə bilmərik. İnanırıq ki, həmin şəhərlərdə də azad ticarət zonaları yaradılacaqdır”.

Sual cavab mərhələsindən sonra jurnalistlər yeni Bakı Limanının ərazisi ilə tanış oldular.

Qeyd edilib ki, Azad Ticarət Zonasında müxtəlif sənaye sahələri, xüsusən də yüngül sənayenin müxtəlif seqmentlərini əhatə edəcək sahələrin yaradılması planlaşdırılır. İlk olaraq zonada anbarlar və əlavə dəyər yaradacaq sahələr olacaq. Növbəti mərhələdə əczaçılıq, neft-kimya, yüngül sənaye, kiçik istehsalat sahələrinin yaradılması nəzərdə tutulub.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272