BİZNES

Biznesin inkişafı üçün – YENİ TƏKLİFLƏR
22 NOYABR
259

Biznesin inkişafı üçün – YENİ TƏKLİFLƏR

2016-11-22 08:33:00

Hökumətin sahibkarlığın inkişafıni təmin etmək istiqamətində qərarlarının ardınca müxtəlif təkliflər səslənir. Fins.az xəbər verir ki, ekspert Mustafa Abbasbəyli sahibkarlığın inkişaf istiqamətləri və mərhələləri ilə bağlı təkliflərini verib.

Ekspert hesab edir ki, sahibkarlıq aşağıdakı növbəliliyə uyğun olaraq inkişaf etdirilməlidir:

1) Turizm; 2) Kənd təsərrüfatı; 3) İstehsal.

Bunun üçün dövlət tərəfindən aşağıdakı istiqamətlərdə dəstəyə ehtiyac var:

a) Biznes fəaliyyətinə uyğun torpaq sahəsinin sahibkara pulsuz təqdim edilməsi;

b) İnfrastruktur ehtiyaclarının (yol, elektirk enerjisi, qaz, su) qısa müddətdə və pulsuz təmin edilməsi;

c) Dövlət tərəfindən 3 illik vergi güzəştinin (tam) təqdim edilməsi;

d) Dövlət tərəfindən ucuz (9 %-dək) maliyələşmənin təmin edilməsi.

3 illik güzəşt dövründə Dövlətin bəhrələri: l) Sahibkar tərəfindən real sektora inverstisiya qoyuluşu; ll) İş yerlərinin açılması.

Güzəşt dövrü bitdikdən sonra dövlətin əlavə bəhrələri: l) Vergi daxilolmalarının artması; ll) Turizm idxalı, kənd təsərrüfatı və istehsal ixracı sayəsində ölkənin tədiyyə balansının normallaşması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275