BİZNES

“Narı 60 qəpiyə yox, 5 dollara sata bilərik”
21 NOYABR
590

“Narı 60 qəpiyə yox, 5 dollara sata bilərik”

2016-11-21 15:51:00

“Ələt Azad Ticarət Zonası xammalın emal edilməsi və bendləşdirilməsilə əlavə dəyər yaradaraq iqtisadiyyatımıza töhvələr verəcək”

Bu gün bir qrup media nümayəndələri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, limanın ərazisində yaradılacaq Ələt Azad Ticarət Zonası Dubay modelinə bənzər şəkildə fəaliyyət göstərəcəkdir.

“Azərbaycan neft ölkəsidir. Neftdən alınan bütün neft məhsullarının bu zonada istehsal edilməsi nəzərdə tutula bilər. Həmçinin digər məhsulların da emalını və paketlənməsini azad ticarət zonasında təşkil etmək olar. Məsələn, hazırda Azərbaycan narı və pomidoru Rusiya  Rusiya bazarına olduğu kimi göndəririk. Bu məhsulları paketləyərək daha mədəni formaya salmaqla, narın 1 kiloqramını 60 qəpiyə deyil, 5 dollara sataraq əlavə dəyər yarada bilərik. Bunun üçün məhsullarımızı fərqləndirərək brendlər yaratmalıyıq. Bu zona yerli iqtitisadiyyata bu şəkildə töhvə verəcəkdir”.

Taleh Ziyadov qeyd edib ki, qonşu ölkələrdə də Bakıdakı azad ticarət zonasına oxşar zonalar yaradılmalıdır:

“Biz gözləyirik ki, çox yaxın gələcəkdə bu layihə region ölkələri tərəfindən də “kopyalanacaqdır”. Bu da vacibdir. Mərkəzlər bir-birləri ilə rəqabət edəcəklər, amma hər birinin öz xüsusi ixtisaslaşması olacaqdır. Bu azad zonalar bir-birlərini tamamlayacaqdır. Bakı Aktausuz, Potisiz çox da inkişaf edə bilmərik. İnanırıq ki, həmin şəhərlərdə də azad ticarət zonaları yaradılacaqdır”.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272