BİZNES

Həftənin ən mühüm – BİZNES HADİSƏLƏRİ
18 NOYABR
343

Həftənin ən mühüm – BİZNES HADİSƏLƏRİ

2016-11-18 15:41:00

ABŞ dövlət istiqrazlarının sahibləri endirimli satışlara başlayıblar. Sentyabrda dünya hakimiyyətləri və mərkəzi banklar 1978-ci ildən bəri rekord həddə - 47,1 milyard dollarlıq dövlət istoqrazları satıb. Ən çox istiqrazı Çin satıb - 28,1 milyard dollarlıq. Rusiyanın ABŞ istiqrazlarına yatırımları 11 milyard dollar olub. 

"Tesla" və "SolarCity"nin səhmdarları birləşməyi qərara alıblar. Müqavilə bu günlərdə bağlanacaq. "Tesla"nın  İlon Mask investorlara söz verib ki, "SolarCity"dən olan "günəşli" dam adi materiallardan daha ucuz başa gələcək. Müqavilənin məbləği 2 milyard dollardan böyükdür. Bu xəbərdən sonra "Tesla"nın səhmləri 2,57%, "SolarCity"nin səhmləri isə 2,9% bahalaşıb. 

Çin və Venesuela neft hasilatına 2,2 milyard sərmayə yatıracaqlar. Venesuelanın rəhbərləri və Çinin milli neft-qaz korporasiyası (CNPC) birgə gündəlik neft hasilatını 280 min barrel artması üçün sərmayələr yatırmağı haqda razılaşıblar.  

"Volkswagen" 23 min işçini ixtisar edəcək. Alman avtomobil istehsalçısı həmkarlar ittifaqları ilə istehsal xərclərinin 3,7 milyard avro azaldılması barədə razılaşdı. Həmkarlar ittifaqı buna şirkətin rəhbərlərinin yeni iş yerləri açması və elektrokar sahəsini inkişaf etdirəcəkləri ilə bağlı vədlərindən sonra razı olublar.

«Apple» şirkəti «iPhone»ların istehsalını ABŞ-a köçürməyi planlaşdırır. Mənbənin sözlərinə görə, bu addım «iPhone»ların qiymətini ikiqa artıra bilər. Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ seçki kampaniyasında bildirmişdi ki, «Apple»li məcbur edəcək ki, telefonları ABŞ-da istehsal etsin. 

"Facebook" emosiyaların tanınması üzrə startapı satın alıb. "FacioMetrics" texnologiyasının köməyi ilə sosial şəbəkə fotoşəkillərdə və videolarda animasiyalı effektləri yaxşılaşdıracaq. Bundan başqa, Facebook jestlərlə və mimika ilə idarə olunan texnologiya da tətbiq edə bilər. 

"LinkedIn" rusiyalılara pullarını qaytaracaq. Məktubda deyilir ki, müştəri sonradan "bloka" düşən xidməti alıbsa, şirkət bu pulları "işlənilməmiş vaxtına proporsional olaraq" və ərizəni alandan sonra qaytaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275