BİZNES

Çin Azərbaycandan 500 min şüşə şərab idxal edəcək
17 NOYABR
469

Çin Azərbaycandan 500 min şüşə şərab idxal edəcək

2016-11-17 14:11:00

Şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb.
Fins.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, 9-15 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan şirkətləri Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində "Interwine" Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. 

Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar və media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycanın "ASPI Winery" şirkətinin istehsalı olan "Savalan" şərabı isə qızıl medala layiq görülüb. Sərgi iştirakçılarına həmçinin, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub.
Səfər zamanı Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, AZPROMO-nun Çindəki nümayəndəliyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə görüşlər keçiriblər.
İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair Müqavilə imzalanıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275