BİZNES

Prezident bu sahələrin inkişafına pul ayırdı-SƏRƏNCAM
16 NOYABR
849

Prezident bu sahələrin inkişafına pul ayırdı-SƏRƏNCAM

2016-11-16 17:24:00

Prezient İlham Əliyev kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə sərəncam verib. 

Fins.az xəbər verir ki, sənəddə barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi nəzərdə tutulub. Bunun üçün  Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına 600 min manat, fındıq pöhrələrinin alınmasına 700 min manat ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etməlidir.

Bununla bağlı həmin sahələrlə məşğul olan istehsalçılar,eləcə də şəhər və rayonların tələbatı barədə məlumatlar Prezidentinə təqdim edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275