BİZNES

Azərbaycanda yeni agentlik yaradıla bilər
15 NOYABR
568

Azərbaycanda yeni agentlik yaradıla bilər

2016-11-15 18:11:00

ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) ASAN xidmət nəzdində xarici investorlarla iş üzrə vahid agentliyin yaradılmasını təklif edir. Fins.az-ın məlumatına görə bu, Azərbaycan Prezident Administrasiyasına bu gün təqdim olunan “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə müşahidə və məsləhətlər” adlı “Ağ kitab”da yer alıb.

Sənəddə qeyd olunub ki, investisiyaların müdafəsinin təmin olunması üçün "AmCham" agentliyin birbaşa Azərbaycan Prezidentinin nəzarətində olmasını təklif edib.

"AmCham" Azərbaycan hökumətinin neft sektoruna çox uğurlu şəkildə investisiyaları cəlb etdiyini bildirir. “Biz eyni prosesin qeyri-neft sektorunda da olmasını gözləyirik. Azərbaycan xarici investorlar üçün cəlbedici bazara çevrilməlidir.”

Təkliflərdən biri, xarici investorların məhkəmə işlərinə baxılması üçün iqtisadi məsələlər üzrə xüsusu məhkəmənin yaradılmasıdır. Digər təklif isə Azərbaycanda xarici investorlar üçün xüsusi vergi rejiminin tətbiq olunmasıdır. Təklifdə deyilir: "Bu cür rejimdə konkret layihənin icrası zamanı hökumət vergi faizini artırmamağı öhdəsinə götürür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272