BİZNES

“Deloitte Azərbaycan” korporativ idarəetməyə dair hesabatını açıqlayıb
15 NOYABR
271

“Deloitte Azərbaycan” korporativ idarəetməyə dair hesabatını açıqlayıb

2016-11-15 17:40:00

“Deloitte Azərbaycan” respublika üzrə korporativ Idarəetməyə dair hesabatını açıqlayıb.Fins.az xəbər verir ki, şirkətdən Azərtac-a bildirilib ki, təhlil ölkədə fəaliyyət göstərən 40-dan artıq özəl, yerli və xarici şirkətlərlə aparılmış onlayn sorğuya, müsahibələrə və qurumun qlobal təcrübəsinə əsaslanıb. Sorğu ölkədə korporativ idarəetmənin inkişaf səviyyəsini təhlil etmək məqsədilə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən çoxlu sayda müəssisələr arasında aparılıb.

Bu araşdırma həmçinin müşahidə şurasında risklərə nəzarət, strateji istiqamətin müəyyən edilməsində müşahidə şurasının tərkibi və rolu, icraedici orqan rəhbərlərinin məvacibi və korporativ idarəetmə standartlarına dair yerli qanunvericiliyin effektivliyi kimi müxtəlif mövzuları təhlil edir.

“Ölkədəki yeni iqtisadi reallıqlar Azərbaycanda fəaliyyət göstərən müəssisələrdən beynəlxalq biznes təcrübəsinə uyğun güclü korporativ idarəetmə standartlarının tətbiqinə daha çox diqqət ayırmağı tələb edir”,- deyə “Deloitte Azərbaycan”ın məsləhət xidmətləri üzrə direktoru Tural Hacıyev bildirib. O, vurğulayıb ki, Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxmağa səy göstərərsə, qarşılıqlı asılılığa və məhdudiyyətlərə əsaslanan şəffaf idarəetmə strukturunun tətbiqi onlar üçün minimum tələblərdən biri olmalıdır.

Qeyd olunub ki, “Deloitte Azərbaycan” korporativ idarəetməyə dair sorğuya bu ilin iyulunda başlayıb. Sorğuda məqsəd müəssisələrdə icraedici orqan rəhbərlərinin korporativ idarəetmәyə dair fikirlərinin öyrənilməsi olub.

Araşdırmada 12 sənaye sahəsi üzrə (neft, bank işi, telekommunikasiya, inşaat, istehsal və digәr sahәlәrdә) müxtəlif ölçülü şirkətlər təhlil edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270