BİZNES

Əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunacaq
11 NOYABR
258

Əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunacaq

2016-11-11 14:00:00

Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləməklə bağlı güzəştlər tətbiq ediləcək.
Fins.az-ın verdiyi məlumata görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə əlavələr müzakirə olunub. Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə təklif edilən əlavəyə əsasən, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək. 
Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları, yaxud Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq. Təklif olunan digər əlavəyə görə də Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək.
Layihə səsə qoyularaq qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275