BİZNES

Bakıda daha bir neçə məşhur mağaza bağlanıb
10 NOYABR
1647

Bakıda daha bir neçə məşhur mağaza bağlanıb

2016-11-10 15:42:00

Gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsi bəzi ticarət və iaşə obyektlərinin fəaliyyətinə mənfi təsir edib. Fins.az-ın məlumatına görə, Bakının bir sıra ticarət və ictimai iaşə obyektləri manatın devalvasiyasından sonra öz fəaliyyətini dayandırıb. 

Artıq iri ticarət boş yerlərin sayı artır və şəhərin əsas prospektlərində üzərində "icarəyə verilir" elanları heç kimi təəcübləndirmir. Fins.az-ın verdiyi xəbərə görə, təkcə oktyabr ayında «Port Baku Mall» ticarət mərkəzində yerləşən üç böyük mağaza fəaliyyətini dayandırıb. 

Bunlardan biri «TOPSHOP and TOPMAN» mağazasıdır. 

2014-cü ilin noyabrın 29-da təmtəraqlı açılış edən bu mağaza ingilis brendli geyimləri ilə məşhur idi. Amma bu il oktyabrın 19-dan fəaliyyətini dayandırıb.

Eləcə də bax: Bakıda məşhur geyim mağazası bağlandı

Bundan dərhal sonra, oktyabrın 25-də elə həmin ticarət mərkəzində yerləşən «Suite Blanco», və «Vakko» mağazası da fəaliyyətini dayandırıb. 

Ticarət obyektlərinin dayanması digər ticarət mərkəzi olan «Park Bulvar»da da qeydə alınıb. Bu mərkəzdə «Nine West» dükanı da işini dayandırıb.  

Ekspertlərin fikrincə, əlbəttə, bu brendlərin ölkədən getməsinin əsas səbəbi satışların aşağı düşməsidir. Eyni zamanda, əslində  mass-market təbəqəsi olan bu brendlərin Azərbaycanda premium kimi təbliğ edilməsi də bu mağazaların kütləvi müştərilərin marağından kənar qalması ilə nəticələnib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272