BİZNES

Neftə tələbat azalır
09 NOYABR
350

Neftə tələbat azalır

2016-11-09 11:58:00

Dünya enerji istehlakında neftin payının 2040-cı ilə qədər 27 faizədək azalması, təbii qazın payının isə 24 faizə yüksəlməsi nəzərdə tutulur.

Neftin dünya enerji istehlakında keçən ilki 31 faizlik payının 2040-cı ilə qədər 27 faizə düşməsi gözlənilir. Təbii qazın ötən ilki 22 faiz səviyyəsində olan payının da 2040-cı ilədək 24 faiz qalxması planlaşdırılır.

Nüvə enerjinin istehlakının payı 2040-cı ilə qədər 6 faizə çatacaq. Hidroenerjinin payının 3 faizə, biokütlə enerjisinin payının isə 11 faizə yüksələcəyi təxmin edilir.

Kömürün dünya enerji istehlakındakı payının 28 faizdən 25 faizə düşəcəyi nəzərdə tutulur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272