BİZNES

Biznesi belə qurarlar - MARAQLI FAKTLAR
08 NOYABR
434

Biznesi belə qurarlar - MARAQLI FAKTLAR

2016-11-08 07:28:00

Biznes haqqında ən maraqlı faktlar:

Çərşənbə axşamı - iş həftəsinin ən məhsuldar günüdür.

Statistikaya əsasən, yeni açılan restoranların 90%-i elə açıldığı il də bağlanır.

Hər gün dünyada təqribən 33 yeni məhsul yaradılır ki, onların da 13-ü oyuncaqdır.

Hər gün təqribən 65 insan milyonçuya çevrilir.

Qəhvə dünyada benzindən sonra ən çox satılan ikinci məhsuldur.

Dünyada mövcud olan oyuncaqların təqribən 80%-i Çində istehsal edilib.

"McDonalds" şirkətinin əsas gəlirini hansı ölkədə yerləşməsindən asılı olmayaraq içkilər gətirir.

Mağzalarda uşaqlara aid əşyalar uşaqların onları daha rahat görməsi üçün aşağı rəflərdə yerləşdirilir.

Milyonçuların 20%-i heç vaxt universitet təhsili almayan şəxslərdir.

"American Airlines" şirkəti biznes klassda sərnişinlərə verilən salatdan cəmi 1 zeytunu çıxarmaqla təqribən 40 min dollar qənaət etmişdi.

Mağazalardan gələn xoş ətir süni qoxulardır və onlardan istifadə edilməsində əsas mqəsəd alıcını alış-veriş etməyə təşviq etməkdir. Bu xüsusi olaraq da ac olan alıcılara daha çox təsir edir.

Fast-food restoranlarında daim dinamik musiqini eşitmək mümkündür. Belə ki, bu musiqinin sədaları altında insanlar yeməyini daha tez yeyir və tutduqları masanı daha tez boşaldırlar.

Google yaradıcıları Larry Pedge və Sergey Brin 1998-ci ildə google-u Yahoo şirkətinə 1 milyard dollara satmaq istəsələr də, Yahoo şirkəti etiraz etmişdi. 7 ildən sonra, 2005-ci ildə Google şirkətinin dəyəri artıq 80 milyard dollar idi və illik gəliri 1,5 milyard dollar təşkil edirdi.

Reklam xidmətləri bazarında illik dövriyyə yarım trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyada tütün dövriyyəsi təqribən 400 milyard dollar təşkil edir.

Mənbə: Maliyye.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270