BİZNES

“Start-ap-lar birjaya çıxmaq üçün “ölüm vadisini” keçməlidirlər”
07 NOYABR
319

“Start-ap-lar birjaya çıxmaq üçün “ölüm vadisini” keçməlidirlər”

2016-11-07 18:57:00

Bakıda ”Start-up-ların kapital bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib. Fins.az-ın məlumatına görə, seminarın rəsmi hissəsində “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Seymur Ağayev bildirib ki, start-up-ların maliyyələşməsi imkanlarının artırılması görülən işlərdən biridir.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov bildirib ki, maliyyələşmənin kapital bazarları yolu ilə təmin edilməsinin öyrənilməsi lazımdır. Çünki hazırda ən yüksək kapitallaşmış şirkətlərin bir çox yaxın keçmişdə start-up olublar.

Daha sonra təqdimatlar başlayıb.

Seminarda Borsa İstanbulun Satış və Marketinq departamentinin direktoru Adnan Serhat Görgün “İPO-ya hazırllq”, “Kapital bazarları vasitəsilə maliyyə imkanları”, Start-up şirkətlərinin maliyyələşməsi yolları”, “Şirkətlərin qiymətləndirilməsi və bazarda dəyər qazanması” mövzularında, Bakı Fond Birjasının Biznesin inkişafı qrupunun rəhbəri Abdulla İsayev çıxış edib.

Adnan Serhat Görgün bildirib ki, start-up-lar kapital bazarlarında investorlara səhm satıb maliyyə vəsaiti cəlb etmək üçün ilk 2 mərhələ keçməlidir. İlk mərhələ “ölüm vadisi” adlanır ki, bu mərhələdən bir çox start-aplar keçə bilmir. Bu mərhələdə start-up-lar öz vəsaitləri hesabına maliyyələşir. Bu mərhəlini keçən şirkətlər ikinci mərhələyə daxil olur. Bu mərhələdə “mələk investorlar” start-up-lara maraq göstərir. Bu mərhələni keçərək özünü sübut edən start-aplar banklardan kredit ala bilər və ya birjada İPO edərək (səhm sataraq) vəsait cəlb edə bilər.

Adnan Serhat Görgün bildirib ki, Azərbaycandakı start-up-ların da bu mərhələləri, xüsusilə “ölüm vadisi” mərhələsini keçməlidirlər.

O qeyd edib ki, ABŞ-da və Avropda yaradılmış start-ların kopyalanaraq Azərbaycanda tətbiq edilməsi uğursuz ola bilər və belə start-aplar investorların diqqətini cəlb etməz.

Tədbirdə Bakı Fond Birjasının “Biznesin İnkişafı Qrupu”-nun rəhbəri Abdulla İsayev “BFB-də listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272