BİZNES

Azərbaycanda startaplara dəstək üçün 15 inkubator yaradılıb
07 NOYABR
270

Azərbaycanda startaplara dəstək üçün 15 inkubator yaradılıb

2016-11-07 09:51:00

İndiyədək Azərbaycanda yeni qurulan İT bizneslərin dəstəklənməsi üçün 15-ə yaxın biznes inkubator yaradılıb. Fins.az-ın məlumatına görə, bu barədə “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminarda  Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru Seymur Ağayev bildirib. 

Onun sözlərinə görə, artıq ölkədə 15-ə yaxın yeni biznes- inkubator yaradılıb. Bu inkubatorlar təhsil müəssisələri – universitetlərin, eləcə də parkın nəzdində fəaliyət göstərri: «Məqsəd yerli bizneslərə dəstək verilməsidir. Təcrübə göstərir ki, hər bir yeni startap ideyadan başlayr və sonrakı iş ona dəstək olmaqdır. Ən vacib məsələlərdən biri də startapa maliyə  - investisyanın cəlb edilməsidir. Biz bu prosesi stimullaşdırmağa çalışırıq. 

Qeyd edək ki, “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə keçirilir. Seminar "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün və BFB-nin Biznesin İnkişafı Qrupunun rəhbəri Abdulla İsayev tərəfindən aparılır. 

Təlim "Şirkət dəyərləndirilməsi üçün alətlər və yollar", "Startap dəyərləndirilməsi üçün xüsusi metodlar", "Startap maliyyələşməsi üçün alətlər", "Startap şirkətin dəyərləndirilməsi ilə bağlı nümunələr", "Dəyərləndirmədən sonrakı prosedur: startapların IPO-ya hazırlığı" kimi mövzuları əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272