BİZNES

Azərbaycanda İnternetdə biznes qurmaq asanlaşacaq – YENİLİK
04 NOYABR
381

Azərbaycanda İnternetdə biznes qurmaq asanlaşacaq – YENİLİK

2016-11-04 10:28:00

“2017 ilin mart-aprel aylarında “Vahid Elektron Ticarət və Elektron Biznes Platforması”  tam gücü ilə fəaliyyətə başlayacaq”.

Bunu “Vahid Elektron Ticarət və Elektron Biznes Platformasının”yaradılması layihəsinin rəhbəri Aqil Babayev bildirib.

“Azərbaycanda elektron ticarətin inkişafı üçün xüsusi infrastrukturun qurulması və genişlənməsi məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununmaliyyə dəstəyi ilə “Vahid Elektron Ticarət və Elektron Biznes Platformasının”yaradılması layihəsini 2016-ci ilin yanvar ayından start verildi. Layihənin müddəti 10 ay olduğundan 2016-ci ilin noyabr ayında layihə üzərində əsas işlər  bitibdir. 4-5 aylıq test dövründən sonra 2017 ilin mart-aprel aylarında “Vahid Elektron Ticarət və Elektron Biznes Platforması”  tam gücü ilə fəaliyyətə başlayacaq. Bu müddət ərzində isə təchizatçı və istehsalçı şirkətlərlə, ticarət firmaları və topdan satışla məşqul olan sahibkarlarla əməkdaşlıq qurulacaq  və müqavilələr bağlanacaq.  Parallel olaraq investorların cəlb edilməsi məsələsi ilə də məşğul olacağıq” – Aqil Babayev deyib.

O qeyd edib ki, təqdim etdiləcək Platforma elektron ticarətin inkişafına nail olmaq üçün innovativ biznes modellər tədbiq edəcək: “Burada “ Vahid Ticarət Mərkəzinin”, “Vahid kuryer və çatdırılma servisinin”, “ Vahid Elektron kredit xidmətinin” yaradılması və fəaliyyəti nəzərdə tutulub. Pərakəndə və internet mağazalara, elektron ticarətlə məşğul olmaq istəyən şəxslərə (xüsusilə də gənclərə) geniş və əlverişli imkanlar yaradılacaq. Yeni “Elektron iş” mexanizmi tədbiq ediləcək”.

Platforma nəinki pərakəndə satışlarla, həmdə pərakəndə və internet mağazaların məhsul  təchizatı ilə də məşğul olacaq. Təchizatçı şirkətlər, xarici ticarət şirkətləri, topdan satıçılar və sahibkar isə burada topdan və pərakəndə satış qiymətlərlə məhsullarını satmaqla yanaşı, geniş virtual diler şəbəkəsi quracaqlar. Sifariş olunan məhsullar bir-başa alıcıların və ya mağazarın ünvanlarına çatdırılacaq.

Layihənin əsas strateji məqsədi – Azərbaycanda ən yeni, innovativ infrastruktur həllər tədbiq etməklə olkədə  kiçik və orta sahibkarlığın, elektron və mobil ticarətin yüksək sürətlə inkişafına, biznes strukturların və mağazaların elektron və mobil ticarətə marağının artmasına  və bu prosesdə geniş iştirakına nail olmaqdır.

Aqil Babayev əlavə edib ki, layihənin əsas  vəzifələri aşağıdakılardır:

2018-2020 illər ərzində Azərbaycanda 500-dən çox  şirkət və mağazanı və 100-yə yaxın təchizatçı şirkəti  elektron ticarətə cəlb etmək, onlara  elektron bizneslərini qurmaq  və inkişaf  etdirməkdə dəstək  olmaq;

-2020-ci ilə qədər 1000-dən çox fərdi sahibkarı  elektron ticarət  sahəsində  biznes qurmağa cəlb etmək və dəstək vermək;

Onun sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi  ölkənin iqtisadi-sosial inkişafında bir-sıra müsbət nəticələrin əldə olunmasına  imkan yaradacaq:

  • Azərbaycanda internet iqtisadiyyatın formalaşması, elektron  ticarətin, elektron  biznesin yüksək templə inkişafı, elektron  ticarət dövriyyəsinin hər il  ən azı 30-40%  artması;
  • Azərbaycanda elektron ticarət,  elektron   bizneslə məşqul olan şirkətlərin və sahibkarların yaranması və çoxalması;
  • Azərbaycanda elektron   sahibkarlığın  yaranması  və  inkişafı. Mağazaların  bu prosesə qoşulması və gəlirlərinin artması;
  • Yeni internet mağazaların yaranması, bizimlə əməkdaşlıq edən mövcud internet  və  oflayn mağazaların inkişafı və gəlirlərinin artması, yaranan problemlərinin həll edilməsi;
  • Elektron   ticarət  sahəsində yeni servislərin,  e-həllərin və proqramm təminatlarının  tədbiqi;
  • Dövlət büdcəsinə daxil olan maliyyə vəsaitinin  (vergilər və sairə ödəmələr) miqdarının və nağdsız ödənişlərin artması, şəffaflığın təmin olunması;
  • Yerli ixracyönümlü məhsulların xarici bazarda tanıdılması və bu istiqamətdə ticarət dövriyyəsinin artması.  Yerli və xarici şirkətlərin ticarət əlaqələrinin yaranması və inkişafı. İdxal-ixrac əməliyyatlarının çoxalması;
  • Şirkət və mağazaların bu prosesdə iştirakının artması, əhalidə internet və mobil telefonla alış-veriş etmək, müxtəlif ödəniş sistemləri və kartlar  vasitətəsi ilə əməliyyat aparmaq, ödəniş etmək  bacarıqlarının formalaşması və genişlənməsi;
  • Reqionlar və Mərkəz arasında əlaqələrin güclənməsi və reqionların mərhələ-mərhələ bu prosesə cəlb olunması. İT sektorunun reqionlarda inkişafı.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274