BİZNES

Naxçıvanda istehsal olunan şirniyyatlar İraq bazarına çıxarılacaq
03 NOYABR
303

Naxçıvanda istehsal olunan şirniyyatlar İraq bazarına çıxarılacaq

2016-11-03 12:48:00

“Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Nati” əmtəə nişanı ilə istehsal etdiyi məhsulların İraq bazarına çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə işlər davam etdirilir.

Fins.az-ın verdiyi məlumata görə, muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə 2011-ci ildə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC saatda 300 kiloqram vafli istehsalı gücünə malikdir. Müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə “Tıq-tıq xanım”, “Şokolay” adları ilə 25 çeşiddə vafli bişirilir. Burada 2013-cü ildə qurabiyə və peçenye istehsalı sahəsi də yaradılıb. Bu istehsal sahəsində də saatda 300 kiloqram məhsul istehsal etmək olur. MMC-də “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və digər adlarda 16 çeşiddə istehsal edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş taralarda qablaşdırılır.

Hazırda “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Gürcüstana ixrac olunur.

Müəssisə yaradılanda burada 20 nəfər çalışırdısa, bu gün istehsal sahəsində 50 nəfər işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275