BİZNES

Azərbaycandan Çinə şərab ixrac etmək istəyənlərin – NƏZƏRİNƏ
03 NOYABR 2016
975

Azərbaycandan Çinə şərab ixrac etmək istəyənlərin – NƏZƏRİNƏ

2016-11-03 10:49:00

Azərbaycan İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ixrac missiyaları təşkil edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

İxracatçılar ixrac missiyalarında iştirak etmət üçün nazirliyə müraciət edə bilərlər.

İxrac missiyalarının əhatə etdiyi sektor şərabçılıqdır.

Missiyalarda iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqə Azərbaycan İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında noyabrın 4-də AZPROMO-da təşkil olunacaq.

İxrac missiyalarının tarixləri: 9-12 noyabr 2016-cı il (Honq-Konq Xüsusi İnzibati Ərazisi), 13-15 noyabr 2016-cı il (Quancou)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267