BİZNES

Sahibkarlığa Kömək Fondu auditor axtarışında
03 NOYABR
150

Sahibkarlığa Kömək Fondu auditor axtarışında

2016-11-03 09:03:00

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üzrə maliyyə hesabatının auditini aparmaq üçün audit şirkəti seçir. Bu barədə  fonddan məlumat verilib.

Audit şirkətlərindən təkliflər noyabrın 11-dək qəbul olunacaq.

Xəbər verildiyi kimi, SKMF-in 2015-ci il üçün maliyyə hesabatının auditini “KPMG Azerbaijan limited” beynəlxalq audit şirkəti aparmışdı.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272