BİZNES

Səhmlərin düşməsindən milyardlar itirmiş – 6 BİZNESMEN
03 NOYABR
267

Səhmlərin düşməsindən milyardlar itirmiş – 6 BİZNESMEN

2016-11-03 08:42:00

Amazonşirkətinin III kvartal üzrə hesabatının dərcindən sonra aydın oldu ki, şirkətin gəlirləri analitiklərin proqnozlarından da aşağı səviyyədədir. Şirkətin səhmləri təxminən 6% ucuzlaşdı. Nəticədə şirkətin rəhbəri Cef Bezos 3 milyard dollar itirdi.

Tarix təkrarlanır: 2015-ci ilin IV kvartalı üzrə hesabatın dərcindən sonra yanvarın 2016-da Bezos daha 6 milyard dollarından məhrum oldu. 2016-cı ilin yayında Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq qərarından sonra dünyanın ən varlı 400 insanı 200 milyard dollar itirdilər.

Fins.az  “РБК”-ya istinadən bir gün ərzində bazar katirovkalarında ən çox pul itirmiş 6 milyarderi oxucularının diqqətinə çatdırır.

Li Hedcun

2015-ci ilin mayında çinli sahibkar, günəş batareyalarının ən iri istehsalçı şirkəti olan “Hanergy Holding” sahibi Li Hedcun (sərvəti 1.93 milyard) Honq Konq birjasında səhmlərinin 47% düşməsindən bir saat sonra 15 milyard itirdi. Məlumata görə buna səbəb daxili məlumatın sızması oldu.

Cef Bezos

Oktyabrın 28-də “Amazon”-nun sahibi Cef Bezos gəlirləri haqqında məlumatların çıxmasından sonra 1 saat ərzində şirkətinin səhmlərinin düşməsi fonunda 3 milyard dollar itirdi. “Forbes”-un məlumatına görə Bezosun sərvəti 3.2 milyard azalaraq bu gün üçün 67.5 milyard dollar təşkil edir. 2016-cı ilin yanvarında o, şirkətinin 2015-ci ilin IV kvartal hesabatının dərcindən sonra daha 6 milyardını itirdi.

 

Omasio Arteqa

Böyük Britaniyanın 2016-cı ildə Aİ-dən çıxmaq qərarından sonra “Forbes”-un “400 ən varlı insanlar” siyahısındakılar ümumilikdə 200 milyard dollar itirdilər. Onlar arasında ən çox təqribən 6 milyard “Zara”-nın təsisçisi Omasio Arteqa itirib.

Cek Ma

Çinli sahibkar “Alibaba” internet ticarət platformasının təsisçisi Cek Ma (sərvəti 28.3 milyard dollar) 2015-ci ilin yanvarında şirkətinin hesabatının dərcindən sonra sutka ərzində 1.4 milyard dollar itirdi. İnvestorlar “Alibaba”-nın aşağı gəlirlərindən məyus oldular və nəticədə şirkətin səhmləri 9% ucuzlaşdı.

Uorren Baffet

2016-cı ilin sentyabrının ortasında ABŞ-ın “Wells Fargo” bankının səhmlərinin düşməsi nəticəsindən bankın ən böyük səhmdarı (6.5%) olan Uorren Baffet bir günə 1.4 milyard dollar itirdi. (Baffet “Forbes”-un ən varlı insanlar siyahısında 65 milyard dollar sərvəti ilə 3-cü yerdə qərarlaşıb). Bankın səhmləri onun müştərilərinin xəbəri olmadan onların adına müştəri hesablarının açması qalmaqalı nəticəsində düşdü.

Bil Ekman

Amerikanın “Pershing Square Capital Management” hec-fondunun təsisçisi və rəhbəri Bil Ekman (sərvəti 1.65 milyard dollar) 2016-ci ilin martında Kanadanın “Valeant Pharmaceuticals” əczaçılıq şirkətinin 51% dəyirini itirdikdən sonra sutka ərzində 1 milyard dollarından məhrum oldu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272