BİZNES

Səfirliklərdə ticarət nümayəndəliyi yaradılır
02 NOYABR
228

Səfirliklərdə ticarət nümayəndəliyi yaradılır

2016-11-02 13:43:00

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində ticarət nümayəndələri fəaliyyət göstərəcək. Bu barədə bu gün jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

«Prezident İlham Əliyevin tapşırığına əsasən, biz ticarət nümayəndəsi institutu yaradırıq. Ticarət nümayəndələri səfirliklərin işçiləri statusuna malik olacaqlar. Onlar ticarət baxımından bizim üçün xüsusi maraq kəsb edən ölkələrdə çalışacaqlar. Nümayəndələr ilk olaraq Azərbaycanın Çin, BƏƏ və Rusiyadakı səfirliklərində fəaliyyətə başlayacaqlar», - deyə nazir bildirib.

O qeyd edib ki, artıq iki iş adamı qeyri-neft məhsullarının ixracının təşviqi mexanizmi çərçivəsində kompensasiya almaq üçün müraciət edib.

Qeyd edək ki, 2016-cı il martın 16-da prezident İlham Əliyev 2016-2020-ci illərdə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və respublika ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, ölkə ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275