BİZNES

"Johnson's baby"-dən zərər çəkənə 72 milyon dollar – TƏZMİNAT
31 OKTYABR
444

"Johnson's baby"-dən zərər çəkənə 72 milyon dollar – TƏZMİNAT

2016-10-31 14:16:00
Kaliforniyadan olan Debora Cannekkini "Johnson & Johnson" şirkətinə qarşı məhkəmədə 70 milyonluq kompensasiya əldə edib. Fins.az-ın verdiyi məlumata görə, iddiaya əsasən, o "Baby Powder" körpə kirşanı isitifadə etməkdən onkoloji xəsətəliyə tutulub.
Qeyd olunur ki, diaqnoz 2012-ci ildə qoyulub. Debora Cennekkini təkid edir ki, xəstəlik kirşanın uzunmüddətli istifadə nəticəsində inkişaf edib.
İddia üzrə məhkəmə baxışı bir ay davam edib.
"Johnson & Johnson" nümayəndəsi qadına öz məyusluğunu bildirib, lakin şirkətin appelyasiya məhkəməsinə üz tutacağını da söyləyib, çünki elmi tətqiqatların nəticəsi Baby Powder kirşanının təhlükəsi olmadığını göstərir.
Xatırladağ ki, artıq kirşana görə şirkət üçüncü dəfə məhkəmədə məğlub olur. Fevralda Missuri Ştatında "Johnson & Johnson" şirkətin məhsullarını 35 il müddətində istifadə edən və yumurtalıqların xərçəngindən vəfat edən Jaklim Foksun ailəsinə 72 milyon dollarlıq təzminat ödəməli olub. May ayında isə məhkəmə eyni xəstəliyə düçar olan Şimali Dakota Ştatında Gloriya Ristesandın 55 milyon dollarlıq iddiasını təmin edib.
Lakin Nyu-Cersi Ştatında keçən ay məhkəmə iki analoji iddiaları kifayət qədər elmi əsası olmadığına görə rədd edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275