BİZNES

Kərəm Həsənov “AmCham”ın üzvləri ilə görüşüb
28 OKTYABR
500

Kərəm Həsənov “AmCham”ın üzvləri ilə görüşüb

2016-10-28 18:26:00

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) dəvəti ilə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edib və ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanları mövzusunda çıxış edib. “Qafqazinfo” xəbər verir ki, işgüzar nahar formatında keçirilən bu cür tədbirlər Palata tərəfindən hər ay təşkil olunmaqla, tədbirlərə qonaq qismində Azərbaycanın nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilib. Qonaq qismində dəvət olunmuş şəxslər ölkə ictimaiyyəti üçün aktual olan və “AmCham”ın üzvlərini maraqlandıran aidiyyəti məsələlər haqqında təqdimatla çıxış edir, yaranan sualları cavablandırır, yekunda isə qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi və müzakirələr aparılır.

Dövlət əmlakının özəlləşdirilməsi mövzusuna həsr edilmiş tədbirin rəsmi hissəsində Kərəm Həsənov ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, daşınmaz əmlakın idarə edilməsi və qeydiyyatı sahəsində innovativ və elektron xidmətlər barədə, habelə gələcək perspektivlər haqqında təqdimatla çıxış edib.

Kərəm Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılıb. Yerli və xairici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın Prezidenti İlqar Vəliyev Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sahədə mövcud layihələrin icrasının və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin hər zaman “AmCham” üzvlərinin diqqətində olduğunu və onlar üçün xüsusi maraq kəsb etdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275