BİZNES

Azərbaycan malları harada reklam olunacaq? – MEYARLAR
28 OKTYABR
297

Azərbaycan malları harada reklam olunacaq? – MEYARLAR

2016-10-28 14:24:00

İqtisadiyyat Nazirliyi “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edib.

Fins.az-ın verdiyi xəbərə görə, meyarlar “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin meyarlarını müəyyən edir.

“Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi aşağıdakı meyarlar əsasında müəyyən olunur: 

– Məhsulların reklam olunacağı ölkə (ölkələr) ilə Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri;

– Məhsulların reklam olunacağı ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixracı və ya ixrac potensialı;

– Sahibkarlardan daxil olan müraciətlər;

– Reklam yerləşdiriləcək ictimai yerlərin əhalinin və nəqliyyat axınlarının sıx olduğu yerlərə aid olması,

– Kütləvi informasiya vasitələrinin izləyici və ya oxucu kütləsinin genişliyi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272