BİZNES

1000 dolları ağılla xərcləməyin - 5 YOLU
26 OKTYABR
2959

1000 dolları ağılla xərcləməyin - 5 YOLU

2016-10-26 19:47:00
$1000 - elə də böyük bir məbləğ deyil, lakin bu pulun xərclənməsinə ağılla yanaşılsa ondan maksimum fayda əldə etmək mümkündür.
Gündəlik xərclədiyimiz pullara investisiya baxımından yanaşsaq, o zaman daha dəqiq maliyyə qərarları qəbul edə bilərik. Məsələn, əgər sizin əlinizdə artıq 1000 dollar varsa tez bir zamanda o, pula kostyum və ya televizor almaq lazım deyil. Ondansa həmin məbləği necə artıra biləcəyiniz haqqında düşünün. Fins.az xarici mətbuata istinadən 1000 dolları ağılla xərcləməyin 5 yolunu diqqətinizə çatdırır.
 
Ehtiyat fondunuzu artırın
Əgər siz elə də zəngin deyilsinizsə və “qara gün” üçün sizə 3-9 ayda xərclədiyiniz pulun ekvivalenti lazımdırsa, işinizi itirdiyiniz zaman evinizin kirayəsi və ya kommunal xərcləri ödəmək, eyni zamanda ərzaq almaq üçün əlavə 1000 dollara arxalana bilərsiniz. Bunun üçün həmin pulu ehtiyat fondunuza yatırın. Əgər belə bir ehtiyatınız artıq varsa 1000 dollar sizin üçün əlavə yaxşı sığortadır yox əgər yoxdursa, o zaman 1000 dollar sizin ilkin “təhlükəsizlik yastığınız” ola bilər.
 
Borclarınızı qaytarın
Yüksək faiz dərəcəli kreditlər ən böyük maliyyə təhlükələrindən biridir, çünki onlara nəzarət sürətli şəkildə əldən çıxa bilər. Belə bir nümunə ilə tanış olaq: Siz bankdan illik 25% ayda minimum 4% ödənişlə 20 min dollar kredit götürmüsünüz. Bu parametrlərdə borcun qaytarılması 20 il çəkəcək və sizə 41 min dollara başa gələcək. Fərq etməz siz banka 2 və ya 20 min borclusunuz. Borcun 1000 dollar azalması çox faydalı olacaq. Misal üçün 25% illiklə siz faizlər üzərində 250 dollar qənaət edəcəksiniz.
 
Dividendlər gətirən qiymətli kağızlara yatırım edin
Əgər sizin ehtiyat fondunuz var və borclarınız yoxdursa, əlinizdə olan 1000 dolları gəlir gətirə biləcək istiqrazlara xərcləyə bilərsiniz. Əgər siz illik 5% artan qiymətli kağıza 1000 dollar yatırım etsəniz 5 ildən sonra həmin məbləğ 1 250 dollara çevriləcək. İlkin investisiya həcminin cəmi 1000 dollardan ibarət olduğunuz nəzərə alsaq bu çox yaxşı göstəricidir. Həmin vəsaiti tanınmış və inkişaf edən şirkətlərin səhmlərinə də yatıra bilərsiniz. Amma bunun üçün mütəxəssislərlə məsləhətləşmək lazımdır. Çünki heç də bütün şirkətlərin səhmləri bahalaşmır.
 
Uşağınıza investisiya yatırmağı öyrədin
1000 dolların ağıllı xərclənməsinin daha bir variantı öz övladlarınıza (nəvələrinizə, digər qohumlarınıza və ya qonşularınıza) investisiya yatırmağı öyrədməkdir. Bunun üçün qəyyumluq broker hesabı açmağınız kifayətdir. Onlara böyüyüb, genişlənən və ağır günlərdən keçən şirkətlər haqqında danışın. İmkan yaradın ki, onlar bəyəndikləri bir neçə şirkəti seçsinlər. Məsələn: “Apple”, “Boeing”, “Chipotle Mexican Grill”, “Walt Disney”, “Netflix”, “Nike” və ya “Starbucks”. Daha sonra seçilmiş şirkətlərin bir neçə səhmlərini almaq və kursların artıb, azalması xəbərlərini izləmək olar. Bununla da uşaqlar fond birjası və onun iş prinsipləri ilə tanış olacaqlar.
 
Özünüzə qayğı göstərin 
Ən sonda isə əgər sizin bütün maliyyə məsələləriniz qaydasındadırsa özünüzə vaxt ayıra bilərsiniz. Ancaq yenə də pulu “yeni oyuncaqlara” xərcləmək məsləhət deyil. Tədqiqatlar göstərir ki, həmin pulu yeni bilik və təcrübəyə xərcləməniz daha məqsədə uyğundur. Təcrübə sizin illər boyunca qayıda biləcəyiniz bir xatirədir. Ona görə də səyahət, təlim və ya hər hansısa maraqlı bir şouya bilet almağı düşünün. Pulunuzu kor-təbii şəkildə xərcləməyin. İnanırıq ki, düzgün seçim sizə xoşbəxtlik gətirəcək.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272