BİZNES

Pulu belə qazanarlar – 10 ƏN QƏRİBƏ TARİXÇƏ
26 OKTYABR
619

Pulu belə qazanarlar – 10 ƏN QƏRİBƏ TARİXÇƏ

2016-10-26 14:40:00

İnsanlar həmişə varlı olmaq arzusundadırlar. Kiçik şirkətlər bir ordu müştəri axtarır, sahibkarlar isə hamının arzusunda olduğu texnoloji cihazların layihəsini hazırlayırlar. Finsa.az xarici mətbuat istinadən artıq əfsanəyə çevrilmiş 10 insanın uğur hekayəsini oxucularının diqqətinə çatdırır.

1. İstiqraz seçməyi bacarmaq lazımdır: Uorren Baffet

Uorren Baffet dünyanın ən məhşur sahibkarlarından biridir. Onun fond birjasında karyerası isə ayrıca bir əfsanədir. Baffetin sərvəti 66 milyard dollar təşkil edir və o, dünyanın ən varlı insanları arasında 3-cü yerdə qərarlaşıb. Onun uğur sirri özünə xas olan “istiqraz seçməyi” bacarığındadır.

“Omaha Kahini” 1950-ci ilin sonunda peşəkar şəkildə investisiya işi ilə məşğul olmağa başlayıb. Eyni zamanda onun çox sadə həyat tərzi sübut edir ki, Baffet qazandığı uğurdan başını itirməyib. Böyük sərvətinə baxmayaraq o hələ də 1958-ci ildə 31,5 min dollara aldığı evində yaşayır. 

2. Yeni bir şey qurmaq: Palmer Laki

Əfsuslar olsun ki, əksər insanlar Palmer Laki haqqında heç nə eşitməyiblər. Sözün əsl mənasında əfsanəvi uğur hekayəsinə malik Laki “Oculus Rift” ixtiraçısıdır. O, bu işə sadə virtual reallıq cihazı yaratmaq arzusu ilə başlamışdı. Valideyinlərinin qarajında bir neçə ay işlədikdən sonra Laki öz ideyasını “Kickstarter” servisində paylaşdı və cəmi bir neçə saat ərzində özünün virtual reallıq eynəyinin prototipi üçün 250 min dollar toplaya bildi.

Növbəti 1 ay ərzində Laki öz ixtirasını reallaşdırmaq üçün artıq 2,4 milyon dollar toplamışdı. 2 ildən sonra Lakinin 21 yaşı olanda «Facebook» onun «Oculus VR» şirkətini 2,3 milyon dollara satın aldı. «Forbes» hesablamalarına görə bu gün Lakinin sərvəti 700 milyon dollar təşkil edir.

3. Kollecdən çıxmaq: Mark Zukerberq

Əksər insanlar məktəbdən sonra ali təhsil müəssisəsinə qəbul olmağa çalışırlar. İstənilən halda bu məqsədə nail olmaq üçün çox az adam Harvarda qəbul olur, eyni zamanda cəmi bir nəfər öz şəxsi işini davam etmək üçün Harvardan çıxır. Mark Zukerberq yuxarıda qeyd olunmuş hər şeyi edib və bu gün onun sərvəti 50 milyard dollar təşkil edir. «Forbes»in siyahısına görə o, dünya milyarderləri siyahısında altıncı yerdədir. Zukerberqin variantında ali təhsil haqqında diploma heç bir ehtiyac olmadı. 

4. Bir şey satmaq: Sara Bleykli

Mağazada adi satıcı işləyənlər də daxil olmaqla hamı bu tarixçəni diqqətli oxusun – inanılmazdır. Sara Bleykli «Disney World»də bilet satıcısı kimi çalışır və eyni zamanda faks qurğuları satırdı. Lakin bu ona sahibkarlıq dünyasının əfsanəsinə çevirlməyə maneə olmadı. 29 yaşında bir çox prespektivsiz iş yerlərini dəyişən Bleykli nəhayət öz biznesini qurmaq qərarına gəlir. Onun cəmi 5 min dollar və insanlara daha yaxşı görünmək üçün yardımçı olmaq arzusu var idi. Nəticədə Bleykli, bədəni korrektə edən «Spanx» alt geyimlərini ixtira etdi və ilk dövrdə onları öz maşınından satırdı.

O vaxtdan 16 il kiçib - Bleyklinin sərvəti 1 milyard dollar təşkil edir və o hələ də «Spanx» şirkətinin yeganə sahibidir.

5. Bir dəfə deyil, 2 dəfə milyonçu olmaq: İlon Mask

Bəzi insanlara bir dəfə varanlmaq şansı düşür, az sayda insan isə 2 dəfə varlanmaq iqtidarındadırlar. Şansından istifadə edən isə cəmi 1 nəfərdir. Həyatı ərzində İlon Maks bir neçə uğurlu şirkət təsis edib. Onun layihələri təkcə uğurlu biznes deyildi, İlon Maks insanların müxtəlif məsələlərlə bağlı baxışlarını tamamilə dəyişib, bizi yeni reallıqlarla üz-üzə qoyan şəxsdir.

«PayPal» yaradıcılarından biri olan Mask özünün ilk sərvətini şirkətini “eBay”-a satanda qazanıb. Lakin o sahibkarlıq səhnəsindən getmədi, «Tesla» və «SpaceX» şirkətlərini yaratdı, eyni zamanda «SolarCity»-nin yaradılmasında aparıcı rollardan birinə sahib oldu. 

Onun şirkətlərindən hər birinin dəyəri milyardlarla ölçülür. Maksın özünüz 13 milyardlıq sərvəti isə günbəgün artmaqdır. Onun sonuncu «Hyperloop» nəqliyyat layihəsinin də uğurlu olacağı gözlənilir. Hətta «əfsanə» sözü də Maskin uğurunu tam ifadə etməyə yetərli deyil. 

6. Məhsulu uğurla yenidən satışa çıxarmaq: Bill Geyts

İndi dünyada Bill Geytsi tanımayan yoxdur, onun sərvəti 80 milyard dollar təşkil edir və o, dünyanın ən varlı insanı kimi məhşurdur. Lakin bu böyük nəticələri əldə etməmişdən öncə bu texnoloji dahi sadəcə çoxbilmiş, kiçik sahibkar idi. Personal kompüterlər sahəsində inqilabın başlanğıcında Geyst kiçik «Microsoft» şirkətini idarə edirdi. O dövr üçün ən böyük personal  kompüter istehsalçısını əməliyyat sistemlərini «Microsoft»dan almağa razı salan Geyts artıq mövcud «DOS» əməliyyat sistemini satın almağa qərar verdi. Daha sonra Geyst «DOS»u böyük mənfəətlə «IBM»ə satdı.

Bu əməliyyatdan sonra «Windows» yaratmaq üçün Geytsin kapitalı və yetəri qədər təsir qüvvəsi yarandı. Bunula da o, dünya tarixinin ən uğurlu sahibkarlar siyahısına daxil oldu. 

7. İş yerini itirmək: Maykl Blumberq

Hər birimizin həyatında olub ki, öz iş yerimizdən ayrılmalı olmuşuq. Bir qayda olaraq iş yerini itirən şəxslər nəsə yeni iş axtarırlar, ancaq çox az sayda insanlar iş yerini itirərək daha böyük uğur əldə edirlər.

Maykl Blumberqin həyatında iş yerini itirmək böyük uğur hekayəsinin başlanğıcı oldu. Karyerasının başlanğıcından o Uoll-Stritdəki işindən ayrımalı oldu. Bundan sonra o özünün texnoloji-maliyyə şirkətini təsis etdi. Uzun illər boyunca ağır zəhmətdən sonra Blumberq ABŞ-ın ən varlı insanları siyahısında 8-ci yerdə qərarlaşıb. Onun sərvəti 43.4 milyard dollar təşkil edir, eyni zamanda o 3 dəfə Nyu-Yorkun meri vəzifəsinə seçilib edib. Onun sahibi olduğu Bloomberg agentliyi isə biznes xəbərləri sahəsinin birincisi olmaqla yanaşı, Mayklın həyat yoldaşının zövqü ilə bəzənmiş qeyri-aid ofisləri ilə məşhurdur. 

8. Bir şey icad etmək: İqor Sikorskiy

İndiki elektron milyarderlərin arasında İqor Sikorskini görmək qəribədir. Amma onun uğur hekayəsi daha ibrətamizdir.  İqor Sikorski ilk sərvətini 20 yaşdan bir az yuxarı olanda qazanıb. 24 yaşında Sikorkskiy dünyada ilk 4 mühərrikli təyyarə icad etdi. Bir qədər sonra o vetrolyotu ixtira edərək, indiyə qədər öz adını daşıyan şirkəti yaratdı.

1972-ci ildə Sikorskinin ölümündən sonra onun şirkəti hələ uzun illər uğurlu fəaliyyətini davam etdirdi. Bir müddət əvvəl «Lockheed Martin» 9 milyard dollara «Sikorsky Aircraft» şirkətini satın aldı. Bəşəriyyət tarixində bütün ixtiralar arasında yeni növ nəqliyyat icad edən şəxslər hər zaman fərqlənib və daha çox tanınıblar. 

9. Kitab yazmaq: C. K. Rolinq

Bəli, bəli, sadəcə kitab yazmaq, bir şərtlə ki, o çox maraqlı olsun. C.K. Rolinqın uğur hekayəsini də müasir nağıl adlandırmaq olar. Tək övlad böyüdən ana bestseller müəllifi və dünyanın ən varlı qadınlarından biri oldu. Onun uğur hekayəsinin əsasında Harri Potter durur.

Cadugar və sehirbazların sərgüzəştləri haqqında hekayə dünya üzrə milyonlarla oxucunun diqqətini cəlb etdi. Bu kitablar əsasında filmlər çəkilib, oyunlar hazırlanır, hətta əyləncə parkları açılıb. Təsəvvür edirsiniz C.K. Rolinqi milyonçu qadına çevirən hekayə onun ağlına qatarda gedəndə gəlib. 

10. Xəzinə tapmaq: Mel Fişer

Xəzinə taparaq varlanmaq uşaqlıqdan hər birimizin arzusudur. Mel Fişerin həyatında xəzinə tapmaq arzusu gerçəyə çevrildi. Fişer peşəkar xəzinə ovçusudur. O, Ki-Uest sahillərində İspaniyaya məxsus “Atoça” gəmisini və içərisində dəyəri 450 milyon dollar olan xəzinə tapıb.

Lakin milyonçu olmamışdan öncə Fişer uzun illər boyunca məhkəmələrdə tapdığı xəzinə üzərində öz mülkiyyət hüququnu təsdiqləyəməyə çalışıb. Hətta məsələ Ali Məhkəməyə qədər gəlib çatdı, ancaq yekunda məhkəmə onun hüququnu təsdiqlədi. Nəticədə Fişerin özü daxil olmaqla, onun bütün komanda heyəti və bu məhkəmələrdə ona dəstək olan investorlar da varlandılar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272