Akkordun törəmə şirkəti olan “Property Investments” MMC nizamnamə kapitalını 2,48 dəfə - 8 mln. 988,963 min manatadək azaldıb. Bu barədə Fins.az-a Vergilər Nazirliyindən məlumat verilib.
“Property Investments” şirkəti nizamnamə kapitalını 13 mln. 348,387 min manat - 8 mln. 988,963 min manatadək azaldıb. Cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklər təsdiq olunub. Bundan başqa, cəmiyyətin kapitalının dəyişilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan bütün prosedurlar həyata keçirilib”, - deyə nazirlikdən qeyd ediblər.
Qeyd edək ki, “Property İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin mart ayında yaradılmışdır. Şirkətin fəaliyyət növü: qeyri-yaşayış sahələri,yeraltı dayanacaqlar və qarajların icarəyə verilməsi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır