BİZNES

Bu şirkətlər satışa çıxarıldı – SİYAHI
24 OKTYABR
372

Bu şirkətlər satışa çıxarıldı – SİYAHI

2016-10-24 14:23:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 22-də növbəti hərrac keçirəcək. Fins.az-ın məlumatına görə, həmin gün ümumilikdə 78 dövlət əmlakı satışa çıxarılacaq. Onlardan 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılan səhmdar cəmiyyətlərdir. Hərracda həmin şirkətlərin nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizi özəlləşdiriləcək.

Satışa çıxarılan səhmdar cəmiyyətləri sırasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Siyahıda “Ağdaş Quşçuluq”, “Şamaxı Dəmir Beton”, “Qarabağ Pambıq”, “Zaqatala Fındıq”, “İsmayıllı Sənaye İstehsal”, “Material Təchizat”, “Saatlı Broyler”, “Bərdə Tikinti Quraşdırma” və digər bu kimi müəssisələr yer alıb. Onlar paytaxtla yanaşı, respublikanın müxtəlif rayonlarında yerləşir.

Qeyd edək ki, həmin səhmdar cəmiyyətlərinin hərraca çıxarılan bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədər dəyişir.

Özəlləşdiriləcək şirkətlərin tam siyahısı və ilkin satış qiymətləri ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272