BİZNES

Rusiya şirkəti Azərbaycanda tərəfdaş axtarır
21 OKTYABR
185

Rusiya şirkəti Azərbaycanda tərəfdaş axtarır

2016-10-21 14:34:00

Rusiyanın "Volma" şirkəti əsasən gips arakəsmə bloklar və gips-karton suvaq materiallarının istehsalı sahəsində ixtisaslaşıb. Hazırda "Volma"nın 5 gips zavodu var.

Bu sözləri  müsahibəsində şirkətin meneceri Sergey Kovalçuk bildirib.

Tikinti sektorunda gips məhsullarına böyük ehtiyac olduğunu vurğulayan menecer deyib ki, şirkət öz məhsullarını MDB ölkələrinə, o cümlədən də Azərbaycana ixrac edir. Məhsulların keyfiyyəti isə Avropa standartlarına tam uyğun olmaqla yanaşı, həm də ucuzdur.

"Azərbaycanda şirkətin dilerləri fəaliyyət göstərir. Buna baxmayaraq, respublikada tərəfdaşlar axtarmaqda davam edirik", - deyə menecer bildirib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272