BİZNES

Qazax Sement Zavodu Gürcüstana ixracı 2 dəfə artıracaq – AÇIQLAMA
20 OKTYABR
391

Qazax Sement Zavodu Gürcüstana ixracı 2 dəfə artıracaq – AÇIQLAMA

2016-10-20 16:22:00

Azərbaycanın sement istehsalçılarnıdan olan Qazax Sement Zavodu 2017-1018-ci illərdə Rusiya və Qazaxıstana sement və klinker ixrac etmək niyyətindədir. Buna görə də zavodun istehsal gücü 200 min ton artırılacaq. Bu barədə fins.az-a zavodun marketinq meneceri Elçin Əhmədov bildirib. Onun sözlərinə görə, Qazaxıstanda iri layihələr həyata keçirildiyinə görə, sementə tələbat artıb: «Bu bazar bizim üçün çox maraqlıdır. İndi Qazaxıstanda loqistika sisteminin araşdırılması aparılır. Düşünürük ki, Rusiya və Qazaxıstan bazarlarda biz rəqabər apara  bilərik».

Amma ixracda ən böyük artım Gürcüstan istiqamətində olacaq – Qazax Sement Zavodu bu ölkəyə ixracı 2 dəfə artıraraq 200 min tondan 400 minr tona çatdırmağı planlaşdırır: «Bu il Gürcüstana 200 min ton məhsul ixrac etmişik. 2017-ci ildə bu rəqəmi 2 dəfə artıraraq 400 min tona çatdırmaq planlaşdırılır. Əsas  hədəfimiz ölkənin tələbatını ödəməkdir. Artıq qalanını xaricə satırıq. İndi Gürcüstandan sifarişlər çoxdur. Ancaq  biz cəmi 2 şirkətlə müqavilə bağlayaraq onlara sata bilirik». 

2013-cü ildə işə düşən Qazax Sement Zavodu ixracı artırmaq üçün istehsal etdiyi məhsulların həcmini də artırmağı panlaşdırır. Bu il 800 min ton semnnt istehsal edən zavoda gələn il istehsal 1 milyon tona çatmalıdır.

E.Əhmədov  sement bazarındakı vəziyyətə də toxunub. Bildirib ki,  indi Azərbaycanda illik 3,1 milyon ton sementə tələbat var. Ötən ildən bu rəqəm dəyişməyib.  MMC Qərb regionunda bazarın 65 faizinə nəzarət edir. Respublika üzrə isə bu  rəqəm 28 faizdir. 

Qeyd edək ki, oktyabrda Dövlət Gömrük Komitəsi xarixdən alınan  bəzi məhsullara, o cümlədən sementə tətbiq edilən idxal rüsumlarını artırıb. E.Əhmədov bildirib ki, bunun sement bazarına təsiri ciddi olmayacaq: «Çünki dəyişikliklər əsasən sement istehsalında xammal kimi istifadə olunan klinkerə aiddir. Xarici klinkerdən isə kiçik sexlər istifadə edilər. İri sement zavodları özlərinə tələb olunan klinkeri özləri istehsal edirlər». 

Bunula yanaşı, yerli istehsalın artımı xaricdən gələn sementin payını azaldıb. Belə ki, son illərdə Gürcüstandan sement idxalı dayanıb. 2014-cü ildən İrandan idxal olunan klinker və sementin həcmi əhəmiyyətli dərəcədə azalıb. E.Əhmədovun sözlərinə görə, əvvəl İrandan  gətirilən sement məhsulları bazarın 25 faizini təşkil edirdi: “İndi bu rəqəm maksimum 2-3 faiz təşkil edir. Gömrük rüsumları artırıldıqdan sonra bu həcm daha da azalıb. Türkiyədən çox az həcmdə, yalnız dekorativ işlər üçün sement gətirilir”.  

Marketinq meneceri zavodun yaxınlığında yeni texnoparkın yaradılmasından da danışıb. Qeyd edib ki, müəssisəsdə əsasən sement əsaslı məhsulların istehsalı nəzərdə tutulur. Bunun üçün zavodun yaxınlığında 56 hektar ərazi  ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275