BİZNES

Turist kimi gəlsinlər, sonra burada biznes açsınlar
20 OKTYABR
297

Turist kimi gəlsinlər, sonra burada biznes açsınlar

2016-10-20 14:29:00

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayının artması iki ölkə arasında biznes əlaqələrinin yaxşılaşmasına səbəb olacaq.

Bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan-BƏƏ biznes-forumunda deyib.

O qeyd edib ki, bu il Azərbaycana ərəb ölkələrindən böyük turist axını müşahidə edildi:

"BƏƏ-dən turistlərin sayının xeyli artması bizi xüsusilə sevindirir. Düşünürəm ki, bu artım iki ölkə arasında biznes əlaqələrinin yaxşılaşmasına xidmət edəcək".

AZPROMO rəhbəri arzu etdiyini bildirib ki, ərəb şirkətləri uzunmüddətli fəaliyyət üçün platforma kimi Azərbaycanı seçsinlər: "Azərbaycana turist kimi çox tez-tez gələnlər fikirləşirlər ki, burada biznes başlasınlar, çünki ölkəmizdə bunun üçün bütün şərait yaradılıb və əlverişli biznes mühiti formalaşıb”.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272