BİZNES

Ərəb biznesmenlər Azərbaycanda bu sahələrə pul qoymaq istəyir
20 OKTYABR
423

Ərəb biznesmenlər Azərbaycanda bu sahələrə pul qoymaq istəyir

2016-10-20 11:34:00

"Qərara aldıq ki, noyabrın sonunda Dubayda ticarət nümayəndəliyi təşkil edək". Bunu Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov deyib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubais isə deyib ki, Bakı Dubay üçün ticarət baxımından əhəmiyyətli şəhərdir: "Doğrudur, siz ixraca tam hazır deyilsiniz, amma istəyərdim ki, sizinlə ticarət əlaqələrini davam etdirək. Azərbaycan məhsulları təkcə Dubayda deyil, dünyanın bir çox ölkələrində istifadə ediləcək".

R.Məmmədov əlavə edib ki, BƏƏ-dən olan biznesmenlər daha çox Azərbaycanın kənd təsərrüfatı, şirələr və yeyinti məhsullarının istehsalı sahələrinə maraq göstərirlər.

Azpromo rsədri qeyd edib ki, ərəb investorları Azərbaycanı regional "hub" kimi görürlər: "BƏƏ ilə əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Artıq BƏƏ-dən ölkəmizə gələn turistlərin sayı artıb".

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275