BİZNES

Bakıda İran kartofundan Rusiya üçün çips hazırlanacaq
19 OKTYABR
483

Bakıda İran kartofundan Rusiya üçün çips hazırlanacaq

2016-10-19 18:54:00

İran və Azərbaycan birgə istehsalar qurmaq və üçüncü ölkələrə məhsul ixrac etmək niyyətindədir. Fins.az-ın verdiyi xəbərə əsasən, bu bəyanatı bu gün Bakıda Azərbaycanda səfərdə olan İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş verib.

Nümunə kimi o, Ərdəbilin Bakıya kartof ixrac edə biləcəyini, burada birgə müəssisədə ondan çips hazırlanaraq Rusiyaya ixrac edilə biləcəyini qeyd edib.

Bundan başqa, Ərdəbil müəssisələrinin Azərbaycana müxtəlif mal və materiallar, o cümlədən taxta məmulatlar ixrac edə biləcəyini deyən Xudabəxş məhz hansı materiallardan söhbət getdiyini açıqlamayıb.

Daha sonra o, siyasət məsələlərinə keçib, İranın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.

Bundan əvvəl Xudabəxşi dövlət başçısı İlham Əliyev qəbul edib və İran nümayəndə heyəti Sumqayıta baş çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272