BİZNES

4-cü Beynəlxalq Caspian Energy Forumu Bakıda keçirilə bilər – AÇIQLAMA
19 OKTYABR
204

4-cü Beynəlxalq Caspian Energy Forumu Bakıda keçirilə bilər – AÇIQLAMA

2016-10-19 17:34:00

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Caspian Energy İnternational Media Group-un redaksiyasına baş çəkib. Media Qrupdan fins.az-a verilən xəbərə görə, səfir "Caspian Energy" jurnalının prezidenti və baş redaktoru Natalya Əliyeva ilə görüşüb.

Görüşdə Azərbaycanla Ukrayna arasında informasiya əməkdaşlığının genişləndirilməsi müzakirə eidlib. Səfir bu işdə Caspian Energy kimi beynəlxalq kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını qeyd edib. Diplomat 4-cü Beynəlxalq Caspian Energy Forum-un Bakıda keçirilməsinin və tədbirdə Ukrayna şirkətlərinin iştirakının aktuallığını vurğulayıb.

Görüşün sonunda Azər Xudiyev Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, bir sıra konkret istiqamətlərə və layihələrə toxunub, enerji bazarının, həmçinin turizm sektorunun inkişaf perspektivləri barədə danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275