BİZNES

Forvard müqavilələri nədir? – İZAHAT
19 OKTYABR
382

Forvard müqavilələri nədir? – İZAHAT

2016-10-19 14:05:00

Forvard müqaviləsi gələcəkdə əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətdə hər hansı aktivi almaq və ya satmaq hüququ verən maliyyə alətidir.  Forvard müqaviləsində tərəflərdən biri uzun mövqedə (long position), digəri isə qısa mövqedə (short position) olur. Uzun mövqe aktivi gələcəkdə alacaq tərəfi, qısa mövqe isə satacaq tərəfi nəzərdə tutur.

Forvard müqavilədə şərtlər customise , yəni iki nəfər arasında arasında razılığa əsasən istənilən şərtləri yaza bilərsən., fyuçers müqavilədən fərli olaraq standart şərtlər  deyil.

Təsəvvür edək ki, müəyyən bir şirkət bu gün aldığı aktivlərə görə 6 aydan sonra (19.04.2017 tarixində ) 1 milyon dollar ödəniş etməlidir. Bunun üçün şirkət ilk öncə istifadə etdiyi valyutanı məs: manatı dollara dəyişməlidir və şirkət mübadilə dərəcəsinin artacağını proqnozlaşdırır. Oktyabrın 19-da mübadilə dərəcələrinin aşağıdakı kimi olduğunu fərz edək.

Bankdakı mübadilə dərəcələri :

. . . . . . . . . . . . . . . . AZN/USD . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . Alış . . . . .  Satış
spot . . . . . . . . . . . . . 1.5942 . . . . 1.5947
1 aylıq forvard . . . . . . 1.5944 . . . . 1.5949
3 aylıq forvard . . . . . . 1.5945 . . . . 1.5951
6 aylıq forvard . . . . . . 1.5948 . . . . 1.5954

Şirkət mübadilə dərəcəsində gələcəkdə ola biləcək artım riskini azaltmaq üçün 1 milyon dollarlıq 6 aylıq forvard müqaviləsini alır. Forvard müqaviləsinin şərtlərinə görə şirkət bu gün 1 milyon dolları 1595400 (1000000 * 1.5954) manata almalıdır. Əgər mübadilə dərəcəsi şirkətin proqnozlaşdırdığı kimi 1.5954-dən yuxarı olarsa məs. 1.70, o zaman şirkət bazarda mövcud mübadilə dərəcəsindən daha az ödəyəcək (1000000 * (1.70-1.5954)= 104600 AZN daha az), mübadilə dərəcəsi 1.5954 -dən az olsa isə şirkət daha artıq ödəməklə zərərə uğrayacaq. 

Təqdim etdi: Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274