BİZNES

Azərbaycan Türkiyədən ən çox mebel alan ölkələrdən biridir
18 OKTYABR
219

Azərbaycan Türkiyədən ən çox mebel alan ölkələrdən biridir

2016-10-18 17:01:00

Türkiyənin xarici ticarət artığı verdiyi sektorlardan biri olan mebel sektoru 2011-2015 dövrünü əhatə edən 5 ildə, 13 milyard dollardan çox ixrac həyata keçirib.

"Marja" Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadən xəbər verir ki, mebel ixracatında 2011-ci ildən etibarən artım müşahidə olunur.

Sözügedən dövrdə ümumi ixrac 13,1 milyard dollar səviyyəsində olub, 2014-ci ildə edilən 2 milyard 970 milyon dollarlıq ixracatla bu sahədə son 5 ilin rekordu qırılıb.

Bu ilin 8 ayında isə ixracat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz azalaraq, 1 milyard 766 milyon dollara enib.

AZƏRBAYCAN TÜRKİYƏNİN ƏN ÇOX MEBEL İXRAC ETDİYİ İKİNCİ ÖLKƏDİR

Ölkə üzrə baxdıqda, son 5 ildə ən çox mebel ixrac edilən ölkə İraq olub. Bu ölkəyə sözügedən dövrdə ümumilikdə 2 milyard 491 milyon dollarlıq məhsul satılıb. İraqdan sonra ən çox mebel 916 milyon dollarla Azərbaycana, 860 milyon dollarla Almaniyaya satılıb.

"MARKALAŞMA İŞLƏRİNƏ DAVAM EDİRİK"

Türkiyə İxracatçılar Məclisinin (TİM) Mebel, Kağız və Meşə Məhsulları Şurasının Sədri Ahmet Güleç, mebel sektorunun çox dinamik olduğunu bildirərək, qlobal ticarətdəki ləngiməyə baxmayaraq 200-ə yaxın ölkəyə məhsul satdıqlarını deyib.

"Türk mebel sektorunda markalaşma işlərini bazarlarımızı şaxələndirərək davam etdiririk. Türkiyə olaraq mebel sahəsində çox keyfiyyətli məhsullar istehsal edirik", -  o deyib.

2011-2015-ci illəri əhatə edən 5 ildə ən çox mebel ixrac edilən ölkələr, Milyon dollar

Ölkələr                  İxrac
İraq                        2.491
Azərbaycan           916
Almaniya              860
Liviya                   814
Türkmənistan       632
Ümumi cəmi        13.086

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274