BİZNES

Azərbaycanda ÜDM-in həcmi 3,9% azalıb
17 OKTYABR
157

Azərbaycanda ÜDM-in həcmi 3,9% azalıb

2016-10-17 18:00:00
Cari ilin doqquz ayında (yanvar-sentyabr) ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib. 
Fins.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, ümumi daxili məhsulun 65,7% iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3% isə neft-qaz sektorunda istehsal edilib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8%, sənayedə 1,0% artma, tikintidə 32,0%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2%, iqtisadiyyatın digər sahələrində isə 2,5% azalma müşahidə olunub.
Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9% azalmasına təsir edən əsas amil olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275